Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran XİN ABŞ ilə danışıqların təxirə salındığını təsdiqləyib

    1 May 2025 19:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran Xarici İşlər Nazirliyi ABŞ-la nüvə proqramı üzrə aparılan danışıqların dördüncü mərhələsinin təxirə salındığını təsdiqləyib.

    AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olunub.

    “Danışıqların tarixində dəyişiklik Oman xarici işlər naziri Bədr əl-Busaidinin təklifi əsasında edilib. Növbəti tarixlə bağlı məlumat daha sonra veriləcək” - deyə, Nazirliyin bəyanatında bildirilib.

    Xatırladaq ki, Bədr əl-Busaidi daha əvvəl ABŞ və İran arasında mayın 3-də keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsinin logistik səbəblərə görə təxirə salındığını bildirmişdi.

    Həmçinin xatırladaq ki, aprelin 26-da Omanın vasitəçiliyi ilə Məsqətdə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə böhranın həllinə dair dolayı danışıqların üçüncü mərhələsi baş tutub. Danışıqların birinci mərhələsi aprelin 12-də Məsqətdə, ikinci mərhələsi isə aprelin 19-da Romada keçirilmişdi. Məlumata görə, mayın 3-də keçirilməsi planlaşdırılan danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik etməli idi.

    #İran #ABŞ #Roma #Tehran #Oman #Vaşinqton #İran Xarici İşlər Nazirliyi #danışıqlar #dolayı danışıqlar #Məsqət #Oman vasitəçiliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42
    XƏBƏR LENTİ

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.