10
BAKI, AzerVoice
İranın Bəndər Abbas limanında baş verən partlayışda ölənlərin sayı 65-ə çatıb.
AzerVoice xəbər verir ki, İranın
Hörmüzqan vilayətinin valisi Məhəmməd Aşuri baş verən faciə ilə
bağlı son məlumatı açıqlayıb.
Onun sözlərinə görə, aprelin 26-da Bəndər Abbas limanında qeydə
alınan partlayış nəticəsində 65 nəfər həyatını itirib.
Hadisə yerində yanğın tam söndürülüb, hazırda əsas öhdəlik
ölənlərin cəsədlərinə çatmaq və axtarış-xilasetmə işlərini davam
etdirməkdir. İranın daxili işlər naziri İsgəndər Mömini partlayışın
təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verdiyini
bildirib.
Qeyd edək ki, Bəndər Abbas İranın ən böyük və strateji limanıdır, hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.