Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Çin şirkətləri yüksək tariflər fonunda istehsalı ABŞ-yə köçürməyə başlayır

    27 Aprel 2025 11:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Çinin müxtəlif sahələrdə – neft-kimya sənayesindən suvenir istehsalına qədər fəaliyyət göstərən istehsalçıları ABŞ ilə Çin arasında gərginləşən ticarət müharibəsinin nəticələrindən yayınmaq üçün ABŞ-də müəssisələr açmağa başlayıblar.

    AzerVoice xəbər verir ki, bu haqda məlumatı "South China Morning Post" qəzeti verib.

    Məlumata görə, Çin şirkətlərinə ABŞ-da istehsal sahələrini lokallaşdırmağa kömək edən konsaltinq şirkətinin rəhbəri Çju Nin bildirib ki, son dörd ay ərzində ən azı 100 müraciət alıb və bu rəqəm keçən il edilən bütün müraciətlərin ümumi sayına bərabərdir.

    "Sifarişlərimizin təxminən 95%-i ABŞ bazarına aiddir. Bu elə bir bazardır ki, itirə bilmərik" - deyə, Şərqi Çində hədiyyə istehsalı ilə məşğul olan sahibkar Rayan Çjou qeyd edib.

    Rayan Çjou, hazırda Texas ştatının Dallas şəhərində yeni zavod açmağa çalışır. Çjou bildirib ki, oradakı əmək qanunları Çinə nisbətən çox daha sərtdir və ABŞ-də yalnız minimal əl əməyinə ehtiyac duyan məhsullar istehsal etməyi planlaşdırır. O qeyd edib ki, ABŞ-dəki yeni zavodda istehsal prosesi cəmi bir-iki mərhələdən ibarət olacaq, halbuki Çində bir məhsul 8-10 mərhələdən keçirdi. Amerikada bunu həyata keçirmək mümkün deyil.

    "Amma əminik ki, dünya bazarında ABŞ dolları hökmranlığını qoruduğu müddətcə, Amerika dünyanın ən böyük istehlak bazarı olaraq qalacaq" - deyə, o əlavə edib.

    Hazırkı şəraitdə istehsalın köçürülməsi məntiqlidir. Şenjen şəhərində elektron komponentlər istehsalı ilə məşğul olan şirkətin rəhbəri Leo Li bu ayın əvvəlində Nevada ştatında yeni zavod açıb. Zavod əsasən təchizat zənciri qısa olan və az əmək qüvvəsi tələb edən sensor modulların yığılması üçün nəzərdə tutulub. Ancaq Leo Li hesab edir ki, istehsalın köçürülməsi xərclərə səbəb olacaq.

    "Bəli, xərclərim artacaq, amma bu, 145 faizlik gömrük rüsumları qədər ağır olmayacaq. Məqsədimiz mövcud sifariş həcmini qorumaqdır" – deyə, o bildirib.

    Pekin şəhərində yerləşən "Chem1" konsaltinq şirkətinin qurucusu Ye İnminin sözlərinə görə, ABŞ-də zavodlar tikmək Çin neft-kimya şirkətləri üçün xüsusilə məntiqli addımdır. Əvvəllər bu şirkətlər ABŞ-dan xammal idxal edib, emaldan sonra hazır məhsulu Amerikaya geri göndərirdilər. Lakin indi bu iş modeli şirkətləri ikiqat yüksək rüsumlarla üz-üzə qoyur.

    "Neft-kimya sənayesində, ümumi xərclərin 80-90 faizini xammal təşkil etdiyindən, hətta 10 faizlik tarif belə ciddi təsir göstərir" - deyə, o qeyd edib.

    Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və əraziyə qarşı yeni gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Ümumi 10 faizlik tariflər aprelin 5-də qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq edilib. Eyni zamanda Tramp aprelin 9-da bəzi ölkə və ərazilərə qarşı qarşılıqlı prinsip əsasında tətbiq olunmuş əlavə gömrük rüsumlarının 90 gün müddətinə təxirə salındığını bildirib. Ağ Ev bu qərarın ticarət danışıqları aparıldığı üçün verildiyini və bu müddətdə 10 faizlik ümumi tarifin qüvvədə qalacağını bildirib.

    Əlavə edək ki, hazırda ABŞ-nin Çin mallarına tətbiq etdiyi ümumi gömrük rüsumları 145 faizə çatıb. Çin isə cavab olaraq aprelin 12-dən etibarən ABŞ məhsullarına tətbiq olunan tarifləri 125 faizə yüksəldib.

    #neft #ABŞ #Çin #Trampın tarifləri #Çin və ABŞ ticarət münasibətləri #tarif #tariflər #Gömrük rüsumları #Çin neft-kimya şirkətləri #Neft-kimya sənayesi #suvenir istehsalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    10 Noyabr 2025 18:28

    ABŞ Sakit okeanın şərqində iki gəmiyə zərbə endirib

    10 Noyabr 2025 17:21

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Çin şirkətləri ilə görüş keçirilib

    7 Noyabr 2025 16:48

    Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

    7 Noyabr 2025 15:19

    Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib

    7 Noyabr 2025 13:32

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün -11 Noyabr

    Türkiyədə mərc oynadığı müəyyən edilən üç futbolçu heyətdən çıxarılıb

    ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.