Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-da belə bir daxili parçalanma görməmişdik - Bayden

    16 Aprel 2025 10:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bu cür parçalanma daha əvvəl heç vaxt müşahidə olunmayıb.

    AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Co Bayden Çikaqo şəhərində keçirilən “Müdafiəçilər, məsləhətçilər və əlillərin nümayəndələri” adlı konfransda çıxışı zamanı deyib.

    “Biz bu qədər parçalanmış bir millət olaraq davam edə bilmərik” - o, bu sözləri Tramp tərəfdarları ilə demokratlar arasındakı dərin uçuruma işarə edərək deyib.

    Sakit bir tonla danışsa da, Bayden yeni administrasiyanın sosial siyasətinə qarşı sərt ittihamlar səsləndirib və onların cəmi 100 gündən az müddətdə ABŞ-a böyük zərər vurduğunu bildirib.

    Onun sözlərinə görə, təxminən 7 min dövlət qulluqçusunun işdən azad edilməsi ciddi çətinliklər yaradıb, o cümlədən informasiya texnologiyaları büdcəsinin azaldılması səbəbindən rəsmi hökumət saytlarının fəaliyyətində problemlər yaranıb.

    Qeyd edək ki, sosial təminat ABŞ hökumətinin təqaüdçülərə, əlillərə və həlak olmuş işçilərin ailələrinə maliyyə yardımı göstərdiyi bir proqramdır.

    Bayden çıxışında sosial təminatı “müqəddəs bir vəd” adlandırıb.

    “İnsanlar indi həqiqətən narahatdırlar. ABŞ tarixində ilk və tək dəfədir ki, sosial təminat ödənişlərinin gecikdirilə və ya dayandırıla biləcəyindən qorxu var” - deyə o bildirib.

    Qeyd edək ki, Bayden bu ilin iyul ayında televiziyada zəif debat performansından sonra prezidentlik yarışından çəkilib. Bu isə onun yaşı və zehni hazırlığı ilə bağlı demokratlar arasında narahatlığı daha da artırıb.

    Demokrat Partiyasından sabiq vitse-prezident Kamala Harris namizəd olub, lakin seçkilərdə Trampa məğlub olub.

    #ABŞ #Donald Tramp #Co Bayden #Kamala Harris #Trampın siyasətləri #Tramp administrasiyası #Bayden administrasiyası #Trampın siyasətinə tənqidlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski

    14 Dekabr 2025 18:54

    Tramp Suriyada ABŞ hərbçilərinin öldürülməsinə münasibət bildirib

    14 Dekabr 2025 10:01

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    13 Dekabr 2025 15:39

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44

    Azərbaycan və "Meta" şirkəti arasında əməkdaşlıq imkanları dəyərləndirilib

    13 Dekabr 2025 10:38

    Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

    13 Dekabr 2025 10:02

    Tayland və Kamboca arasındakı münaqişəni yoluna qoyacağıq - Tramp

    12 Dekabr 2025 12:37

    Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb

    12 Dekabr 2025 10:00

    BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

    11 Dekabr 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir – Fərid Cəfərov

    Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir

    Əbu Bəkr Məhəmməd ibn Yəhya ibn Hilal Bərdəi -alim, ədib və mühəddis

    FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski

    Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib

    Muğla Milas-Bodrum hava limanında sərnişindaşıma 4 milyon nəfəri keçib (ÖZƏL)

    Müsəlman Qardaşları ABŞ siyasətində yeni təhlükə modeli kimi dəyərləndirilir

    Sidneydə yəhudi bayramı zamanı silahlı hücum: onlarla ölən və yaralı var

    Volkswagen Almaniyada bir zavodda istehsalı tam dayandırdı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.