BAKI,AzerVoice Azərbaycan İslam Ensiklopediyası
Əbu Bəkr Məhəmməd ibn Yəhya ibn Hilal Bərdəi öz dövrünün tanınmış mühəddislərindən, fəzilət sahibi bir alim, həmçinin yüksək ədəbi zövqə malik şair kimi məşhur olmuşdur. O, həyatının böyük bir hissəsini elm mərkəzlərindən biri sayılan Bağdadda keçirmiş və burada bir çox müəllimlərlə ünsiyyətdə olmuşdur. Hicri 350-ci (miladi 961) ildə Bərdəi Səmərqəndə köçmüş, bu şəhərdə həm elmi fəaliyyətini davam etdirmiş, həm də tələbələr yetişdirmişdir.
O, aşağıdakı məşhur alimlərdən hədis dinləmiş və nəql etmişdir:
Əbu Bəkr Məhəmməd Fəzl ət-Təbəri,
Əbu’l-Hüseyn Məhəmməd ibn İbrahim ibn Şueyb əl-Qazi ət-Təbəri,
Onun hədislərini daha sonrakı nəsillərə ötürənlər arasında məşhur hafiz: Əbu Sə’d Əbdürrəhman ibn Məhəmməd əl-İdrisi (vəfatı: 1014) xüsusi yer tutur. Əl-İdrisi onun rəvayətlərini eşitmiş və geniş şəkildə nəql etmişdir.
Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …