Bakı, AzerVoice
İsrail ordusu Qəzza zolağına hava hücumunda texniki səhvə görə öz əsgərlərinin yerləşdiyi binanı vurub.
AzerVoice xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, Qəzza zolağının Xan Yunus bölgəsinə edilən hava hücumunda texniki səhv səbəbindən İsrail əsgərlərinin yerləşdiyi binaya bomba düşüb.
Nəticədə bir İsrail əsgəri ölüb, üçü ağır olmaqla altı əsgər yaralanıb.