Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Dövlət Məşğulluq Agentliyi yeni layihəsi çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

    26 Dekabr 2025 10:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri arasında görüş keçirilib.

    AzerVoice xəbər verir ki, görüşdə DMA-nın Azərbaycan vətəndaşlarının xarici ölkələrdə rəsmi və təhlükəsiz iş yerləri ilə təminatına dəstək göstərilməsi ilə bağlı yeni layihəsindən bəhs olunub.

    Qeyd edilən iş yerlərinin bir qismi dənizçilik və gəmiçilik sahəsinə aid olduğundan bu sahədə ASCO ilə əməkdaşlıq imkanları müzakirə olunub. Layihə çərçivəsində xaricdə mövcud olan vakansiyaların əvvəlcədən təhlükəsizlik, etibarlılıq və hüquqi baxımdan araşdırıldıqdan sonra vətəndaşlara təqdim edildiyi qeyd edilib.

    Müzakirələrdə vurğulanıb ki, ASCO-nun beynəlxalq əlaqələrinin genişliyi bu istiqamətdə əməkdaşlığa zəmin yaradır. Bu baxımdan, dənizçilik peşələri üzrə uyğun vakansiyaların müəyyənləşdirilməsi, ilkin araşdırılması və düzgün mənbələr üzrə yönləndirilməsi məsələlərində ASCO-nun dəstək imkanları nəzərdən keçirilib.

    İki qurum arasında əməkdaşlığın vətəndaşların xaricdə qeyd edilən iş yerləri üzrə təhlükəsiz və rəsmi məşğulluğuna, eyni zamanda dənizçilik sahəsində ixtisaslı kadrların daha səmərəli istiqamətləndirilməsinə töhfə verə biləcəyi diqqətə çatdırılıb.

    #Dövlət Məşğulluq Agentliyi #ASCO Azərbaycan #xaricdə rəsmi məşğulluq #təhlükəsiz iş yerləri #beynəlxalq vakansiyalar #məşğulluq layihələri #azərbaycanlıların xaricdə işi #rəsmi əmək münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zəngilanın Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib

    22 Dekabr 2025 17:12

    QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib

    18 Dekabr 2025 13:47

    Ağalıda növbəti əmək yarmarkası keçirilib

    16 Dekabr 2025 20:05

    Yanvar-noyabr aylarında 532,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

    16 Dekabr 2025 12:28

    Özünüməşğulluq üzrə 28 zərf təqdim edilib

    11 Dekabr 2025 18:22

    Agentlikdə Dünya Bankının missiyası ilə görüş keçirilib

    4 Dekabr 2025 12:53

    Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 5 mindən çox şəxsi işlə təmin edib

    3 Dekabr 2025 16:18

    Laçın, Xocalı, Ağdərə və Xocavənddə yeni kiçik ailə biznesləri yaradılıb

    1 Dekabr 2025 18:11

    Bakıda İKT Karyera Sərgisi keçirilib

    29 Noyabr 2025 19:46

    Daha 48 işsiz şəxs ANAMA ilə birgə təşkil olunmuş peşə hazırlığı kursuna cəlb edilib

    29 Noyabr 2025 12:28

    Gələcəyin Peşələri Sammiti: Bakı-2025 tədbiri keçirilib

    28 Noyabr 2025 19:00

    Məşğulluq sahəsində Litva ilə əməkdaşlıq genişləndirilir

    25 Noyabr 2025 22:38
    Demo
    XƏBƏR LENTİ

    Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib

    Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələnin açılacağına ümid edirik - Fərid Şəfiyev

    Cənubi Koreyada keçmiş prezident Yoon üçün 10 illik həbs cəzası istənilib.

    Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

    ABŞ Nigeriyada İŞİD hədəflərinə zərbə endirib

    Misirdən Türkiyə limanlarına 9 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    Bakıda Azərbaycan–Türkiyə biznes əməkdaşlığı üzrə tədbir keçirilir

    Dövlət Məşğulluq Agentliyi yeni layihəsi çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

    Türkiyə ilk dəfə COP31-ə ev sahibliyi edəcək: Murat Kurum COP31 Prezidenti seçildi

    Türkiyədə futbolda mərc qalmaqalı: 14 futbolçu daxil olmaqla 29 nəfər saxlanılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.