Bakı. AzerVoice:
ABŞ-da Qəzza nümayişlərinə daha iki universitet qatılıb.
AzerVoice xəbər verir ki, paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərində təhsil alan tələbələr Qəzza nümayişlərinə qatılıb.
Corctaun Universitetinin əsas şəhərciyinin ortasındakı böyük bağçaya toplaşan yüzlərlə tələbə “Azad Fələstin” və “Qəzzədə dərhal atəşkəs” kimi şüarlar səsləndiriblər.
Bəzi tələbələr polisin məhdud icazə verdiyi ərazilərdə çadır qurublar.
Paytaxtın ən böyük universitetlərindən biri olan Corc Vaşinqton Universitetinin əsas kampusunun bağçasına toplaşan yüzlərlə tələbə şüarlar səsləndirərək Qəzzaya dəstəklərini bildiriblər.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu