Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Polşa və ABŞ arasında 2 Milyard Dollarlıq Müdafiə Anlaşması

    1 Aprel 2025 15:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Polşa, ABŞ ilə Patriot hava hücumundan müdafiə sisteminin lojistik dəstəyi üçün təxminən 2 milyard dollar dəyərində müqavilə imzalamağa hazırlaşır.

    AzerVoice xəbər verir ki, Polşanın Müdafiə Naziri Vladislav Kosinyak-Kamış açıqlamasında müqavilənin əhatə dairəsi barədə məlumat verib.

    O, bu addımın ölkənin müdafiə qabiliyyətini artıraraq NATO-nun şərq cinahında strateji mövqeyini gücləndirməyə xidmət etdiyini bildirib.

    Bu müqavilə, həmçinin Avropanın müdafiə xərclərinə tənqidi yanaşan Donald Tramp administrasiyası ilə münasibətləri möhkəmləndirmək baxımından əhəmiyyətli hesab edilir.

    ABŞ ilə razılaşdırılan müqavilə çərçivəsində Polşa Silahlı Qüvvələrinə Patriot hava hücumundan müdafiə sisteminin texniki dəstəyi, baxımı və təlim prosesləri təqdim olunacaq. Bu əməkdaşlıq ölkənin müdafiə infrastrukturunun gücləndirilməsinə töhfə verəcək.

    Polşa Müdafiə Nazirliyi müqavilənin Patriot raket buraxılış qurğularının operativ hazırlıq səviyyəsini artıracağını açıqlayıb.

    Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra Polşa NATO daxilində müdafiəyə ən çox büdcə ayıran ölkələrdən birinə çevrilib. 2024-cü ildə ÜDM-in 4.1 faizini müdafiə xərclərinə yönəltməyi planlaşdıran Varşava hökuməti, 2025-ci ildə bu rəqəmi 4.7 faizə çatdırmağı hədəfləyir.

    #Rusiya #ABŞ #Donald Tramp #Ukrayna #NATO #Polşa #Polşanın Müdafiə Nazirliyi #Vladislav Kosinyak-Kamış #Polşa Silahlı Qüvvələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Estoniya Çinə ultimatum verib

    11 Noyabr 2025 16:41

    İran və Rusiya səfirləri Bağdadda İraq seçkiləri öncəsi son vəziyyəti müzakirə ediblər

    11 Noyabr 2025 14:08

    Türkiyə və ABŞ XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    11 Noyabr 2025 09:07

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    10 Noyabr 2025 18:28

    ABŞ Sakit okeanın şərqində iki gəmiyə zərbə endirib

    10 Noyabr 2025 17:21

    Günəşdə güclü partlayış qeydə alınıb

    10 Noyabr 2025 16:18

    Azərbaycan Ordusunun hərbçisi NATO kursunu müvəffəqiyyətlə bitirib

    10 Noyabr 2025 13:32

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Azərbaycan-Türkiyə reysi üçün havalanan C130 təyyarəsi Gürcüstanda qəzaya uğrayıb - Türkiyə MN

    Estoniya Çinə ultimatum verib

    Oktyabr ayında Türkiyə limanları 34 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İstanbul Baş Prokurorluğu İmamoğlu təşkilatı işi üzrə ittiham aktını tamamlayıb

    Türkiyədə körpü çökməsi nəticəsində 3 işçi həyatını itirdi, 2 nəfər yaralandı

    Türkiyədən Qırğızıstana polad ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Misir Xarici İşlər Naziri sabah Türkiyəyə səfər edəcək

    Beyni daha güclü edən qidalar məlum oldu

    Pakistan paytaxtında güclü partlayış baş verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.