Əsas səhifə » ABŞ höküməti İlon Mask ilə yeni müqavilələr bağlamağı planlaşdırır

ABŞ höküməti İlon Mask ilə yeni müqavilələr bağlamağı planlaşdırır

Bakı, AzerVoice

ABŞ hökumət orqanları İlon Maska məxsus SpaceX şirkəti ilə müqavilələr bağlamağı nəzərdən keçirir.

AzerVoice-un məlumatına görə, SpaceX-in əsas məhsullarından biri olan Starlink peyk internet sistemi, artıq bəzi federal qurumlar tərəfindən istifadəyə başlanılıb.

Qeyd edək ki, fevral ayının ortalarında ABŞ-ın Ümumi Xidmətlər Administrasiyası (GSA) Starlink xidmətlərindən istifadə etməyə başlayıb. GSA, federal hökumətin əsas funksiyalarının idarə olunması və dəstəklənməsi ilə məşğul olan bir qurumdur. Müqavilə SpaceX ilə İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökuməti Səmərəliliyi Departamentinin (DOGE) tövsiyəsi ilə bağlanıb.

Federal Mülki Aviasiya İdarəsi və ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti daxil olmaqla, bir neçə başqa dövlət qurumu da Starlink xidmətlərindən istifadə etməyi düşünür.

Bundan əlavə, Pentaqon və ABŞ Ticarət Nazirliyi də daxil olmaqla ən azı yeddi dövlət qurumu, artıq Starlink ilə müqavilələr bağlayıb. Bu müqavilələr hələ ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıdışından əvvəl imzalanmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice