Əsas səhifə » İranda hökümət böhranı: Zərifinin istefası qəbul edilmir

İranda hökümət böhranı: Zərifinin istefası qəbul edilmir

Bakı, AzerVoice

İran prezidenti Məsud Pezeşkiyan hələ də strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərifinin istefasını qəbul etməyib.

AzerVoice xəbər verir ki, bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühaciraninin verdiyi açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, Zərifinin istefa məktubu Pezeşkiyana göndərilib, lakin prezident hələ də ona cavab verməyib.

Zərif isə “X” sosial şəbəkəsində etdiyi paylaşımda 40 illik xidmətində ən çətin dövrlərdən birini yaşadığını, ağır ittihamlar və təzyiqlərlə üzləşdiyini deyib. O, İranın məhkəmə sisteminin rəhbərinin ona istefa verməyi tövsiyə etdiyini və bu tövsiyəni dərhal qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, Pezeşkiyan iyul ayında hakimiyyətə gəldikdən sonra 1 avqustda Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin edib. Lakin Zərif bundan cəmi iki həftə sonra istefa verib, daha sonra isə vəzifəsinə qaytarılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice