Əsas səhifə » Şimali Koreya strateji qanadlı raketləri sınaqdan keçirib

Şimali Koreya strateji qanadlı raketləri sınaqdan keçirib

BAKI, AzerVoice

Şimali Koreya fevralın 26-da strateji qanadlı raketlərini sınaqdan keçirib.

AzerVoice xəbər verir ki, sınaq ölkənin qərb bölgəsində baş tutub və lider Kim Çen In prosesi şəxsən izləyib.

Sınağın məqsədi “düşmənlərə qarşı nüvə hücumu imkanlarını nümayiş etdirmək” olub. Kim hərbçiləri nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.

Qeyd edək ki, Şimali Koreya yanvarın 26-da dənizdən quruya strateji qanadlı raketlər, yanvarın 7-də isə yeni tip orta mənzilli hipersəs ballistik raketi sınaqdan keçirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice