Əsas səhifə » Təyyarəmə raket atmaq istəyirlər - Kolumbiya prezidenti

Təyyarəmə raket atmaq istəyirlər - Kolumbiya prezidenti

Bakı,AzerVoice

Narkotik kartelləri mənə sui-qəsd planlaşdırır, təyyarəmə raket atmaq istəyirlər.

AzerVoice xəbər verir ki, Kolombiya Prezidenti Qustavo Petro, narkotik kartellərinin ona sui-qəsd planları hazırladığını iddia edib.

Paytaxt Boqotadakı General Fransisko de Paula Santander Hərb Məktəbində çıxış edən Petro, ölkədəki böyük mafiyalara qarşı apardıqları mübarizə səbəbindən hədəf alındığını bildirib.

"Narkotik qaçaqçıları iki raket alıb bir yerdə gizlədiblər. Onların kim olduğunu bilirik və bu səbəbdən hərəkətə keçmək məcburiyyətindəyik",- deyə o bildirib.

Prezident Petro, qeyd olunan sui-qəsd iddiaları ilə bağlı ətraflı məlumat verməyib.

"Məni tez bir zamanda devirmək istəyirlər, çünki Kolombiyadakı böyük mafiyaların izinə düşdüyümüzü bilirlər",- deyə prezident vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice