Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Myanmada 2024-cü ildə əhalinin sayı 10 il əvvəlkindən az olub

    2 Yanvar 2025 15:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ildə Myanmada keçirilən siyahıyaalma nəticələrinə görə, ölkə əhalisinin sayı 10 il əvvəlkindən daha az olub.

    AzerVoice xəbər verir ki, 2024-cü ildə əhalinin sayı 51,3 milyon olaraq qeydə alınmışdır, bu isə 2014-cü ildəki 51,5 milyon göstəricisindən azdır.

    Bu azalmanın səbəbləri arasında Myanmada 2021-ci ildən bəri davam edən hərbi münaqişələr, zorakılıq aktları və daxili gərginliklər xüsusi rol oynayır.

    "Bangkok Post" qəzetinin məlumatına görə, Myanma hökuməti 2025-ci ildə seçkilər keçirməyi planlaşdırır və bu seçkilərdə seçici siyahılarının yaradılmasında siyahıyaalma məlumatlarından istifadə ediləcəyi gözlənilir. Lakin qeyd edilməlidir ki, ölkədəki Rohinca müsəlmanları 2024-cü il siyahıyaalmasına daxil edilməmişdir.

    Hərbi lider general Min Aunq Hlainq Yeni il çıxışında "azad və ədalətli seçkilər keçirməyə çalışdığını" bəyan etmişdir. Bununla yanaşı, ölkədəki hərbi rejim 2020-ci il ümumi seçkilərində guya saxtakarlıq edilməsi iddiaları əsasında 2021-ci ilin fevralında hökuməti ələ keçirmiş, çoxsaylı siyasi liderləri və məmurları həbs etmiş və fövqəladə vəziyyət elan etmişdir.

    Hərbi çevrilişdən sonra Myanmada müxalifət qüvvələri, o cümlədən Myanma Milli Demokratik Alyans Ordusu, Buddist Arakan Ordusu və Taanq Milli Azadlıq Ordusu, "Üç Qardaş Alyansı" adı altında hərbi rejimə qarşı silahlı mübarizə aparmışdır.

    Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Bürosunun verdiyi məlumata görə, 2021-ci ildən bəri baş verən münaqişələrdə ən azı 5350 mülki şəxs həyatını itirmiş, 3,3 milyondan çox insan isə məcburi köçkün vəziyyətinə düşmüşdür.

    #Myanma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Myanma-Hindistan sərhədində 5,3 bal gücündə zəlzələ baş verib

    22 Avqust 2025 11:44

    Rohingiya müsəlmanları zorakılıqlar bitmədən Myanmaya qayıda bilməz - BMT

    22 Avqust 2025 10:23

    Myanma ordusunun hava hücumu 32 nəfərin həyatına son qoyub

    20 Avqust 2025 10:24

    Pakistanda musson yağışları son iki gündə yüzlərlə insanın ölümünə səbəb olub

    16 Avqust 2025 18:05

    ABŞ Aİ və 68 ölkəyə qarşı rüsumlar tətbiq edib

    1 Avqust 2025 19:03

    Texasda miqrantların deportasiyası məhkəmə qərarını pozub

    21 May 2025 10:49

    Myanmada 5,2 bal gücündə zəlzələ olub

    17 May 2025 20:31

    Papa Fransisk Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını arzulayıb

    20 Aprel 2025 17:15

    Myanma zəlzələsi 3000-dən çox itkiyə səbəb olub

    12 Aprel 2025 14:45

    Myanma zəlzələsi minlərlə insanın ölümünə səbəb olub

    9 Aprel 2025 15:00

    Myanmada 4,7 maqnitudalı zəlzələ baş verib

    4 Aprel 2025 20:18

    Myanmada zəlzələdə ölənlər arasında Çinli vətəndaşlar da var

    4 Aprel 2025 10:15
    Demo
    XƏBƏR LENTİ

    Rusiyada Deutsche Welle arzuolunmaz təşkilatlar siyahısına daxil edilib

    35 ildən sonra Avropa aviaşirkətinin ilk reysi Bağdada enib

    BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib

    Avstraliyanın sabiq baş naziri Netanyahunu ölkənin daxili siyasətinə qarışmamağa çağırıb

    Qış şəraiti Ukrayna üçün ciddi problem yarada bilər - Zelenski

    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

    Ağalıda növbəti əmək yarmarkası keçirilib

    Qəzza üzrə Beynəlxalq Sabitləşdirmə Qüvvəsi artıq fəaliyyət göstərir - Tramp

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.