Bakı,AzerVoice
İsrail HƏMAS-ın sülh təklifindən imtina etsə aqibəti pis olacaq, AzerVoice xəbər verir ki, bunu İsrailin daxili təhlükəsizlik xidmətinin ( Şin Bet ) keçmiş rəhbəri Ami Ayalon deyib.
O qeyd edib ki ,İsrail HƏMAS-ın liderlərini öldürə bilər lakin, bu təşkilatın tam məhvi deyil.
“HƏMAS-ı ideologiyasına sadiq olduqları üçün deyil, onu yeganə təşkilat olaraq gördükləri üçün dəstəkləyən fələstinlilər var. HƏMAS azadlığı uğrunda mübarizə aparır və İsrail işğalına son qoyur və bunu başa düşmək vacibdir”-deyə o bildirib.