Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Azərbaycan–Türkmənistan–Özbəkistan: Regional inteqrasiyada yeni başlanğıc

    23 Avqust 2025 13:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən görüş region üçün mühüm strateji əhəmiyyət kəsb edir.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S. Mikayılova qeyd edib ki, bu üç qardaş ölkənin liderlərinin bir araya gəlməsi yalnız üçtərəfli münasibətlərin deyil, həm də bütövlükdə Orta Asiya və Cənubi Qafqaz regionlarının gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından vacib hadisədir:

    "Bu görüşün önəmi bir neçə aspektdə özünü göstərir. İlk növbədə, Azərbaycan, Türkmənistan və Özbəkistan coğrafi baxımdan Şərq ilə Qərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən vacib körpü funksiyasını yerinə yetirən ölkələrdir. Bu isə onları regional nəqliyyat-logistika, enerji və ticarət əlaqələrinin inkişafında əsas aktorlara çevirir".

    S. Mikayılova əlavə edib ki, Azərbaycan və Türkmənistan xalqları arasında əlaqələrə nəzər salsaq görərik ki, qədimdən bu günə qədər Orta Asiya və Qafqaz regionunda yerləşən türkdilli qardaş xalqlardır.

    “Hər iki xalqın mədəniyyətində türklüyün ortaq elementləri, dini inanclar və adət-ənənələr dərin köklərə malikdir. Azərbaycan və Türkmənistan müstəqillik qazandıqdan sonra qarşılıqlı hörmət və dostluq ruhunda siyasi münasibətlər qurublar. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və bu, xüsusilə Xəzər dənizi məsələlərində, enerji resurslarının bölüşdürülməsi və regional təhlükəsizlik sahəsində özünü göstərir. Son illərdə, xüsusilə Xəzər dənizində yerləşən enerji yataqları üzrə əldə edilən razılaşmalar iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirib. “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı qərarlar iki ölkə arasındakı qarşılıqlı etimadın göstəricisidir", - deputat vurğulayıb.

    Onun sözlərinə görə, görüşdə ölkələr arasında bir neçə sənədin imzalanması dövlətlərarası əlaqələrin daha da genişlənməsinə səbəb olacaq:

    "İmzalanan sənədlərdən biri ölkəmizlə Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı barədə imzalanmış Anlaşma Memorandumudur. Bu sənəd iki ölkənin hava nəqliyyatı sahəsində əməkdaşlığının genişləndirilməsinə yönəlib. Bunun beynəlxalq hava marşrutlarının yaradılması, sərnişin və yük daşımalarının artırılması, həmçinin qarşılıqlı turizm və iqtisadi əlaqələrin inkişafına töhfə verməsi gözlənilir. Rəqəmlərə nəzər salsaq görərik ki, bu ilin altı ayında Türkmənistandan Azərbaycana səfər edən turistlərin sayı artıb. Bu anlaşmadan sonra Türkmənistandan ölkəmizə gələn turistlərin sayının daha da artacağı gözlənilir".

    S. Mikayılova vurğulayıb ki, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokolun imzalanması da böyük əhəmiyyət daşıyır.

    "Bu sənəd iki şəhər arasında qarşılıqlı dostluq, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur. Qardaşlaşma əlaqələri çərçivəsində tərəflər təcrübə mübadiləsi, birgə layihələrin təşkili, turizm və təhsil sahəsində əməkdaşlıq, həmçinin sosial və mədəni tədbirlərin keçirilməsi üzrə fəaliyyət göstərəcək. Bu addım Azərbaycan-Türkmənistan qardaşlığının daha da möhkəmlənməsinə və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət edir. Füzuli şəhərinin yenidən qurulması və inkişafı prosesində Arxadağ şəhəri ilə əməkdaşlıq əlaqələrinin qurulması, bölgədə sülh və sabitliyin bərqərar olması baxımından xüsusi önəm daşıyır. Türkmənistanın hədiyyə olaraq Füzulidə məscid tikməsi isə ölkəmizə olan dəstəyin bariz nümunəsidir", - o əlavə edib.

    Deputat bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə də Anlaşma Memorandumu imzalanıb:

    "Bu sənəd üç ölkə arasında nəqliyyat infrastrukturlarının əlaqələndirilməsi, yük və sərnişin daşımalarının asanlaşdırılması, logistika xidmətlərinin təkmilləşdirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığı nəzərdə tutur. Memorandum, həmçinin Orta Asiya və Qafqaz regionlarında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm platforma yaradır. Tərəflər sənəd çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, texniki dəstək və investisiya imkanlarının artırılması istiqamətində də fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi strateji layihələrin inkişafına da təkan verəcək".

    Deputat qeyd edib ki, görüş zamanı imzalanan bir neçə sənəd ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə nəqliyyat, enerji, ticarət və iqtisadiyyat sahələrində daha da genişlənməsinə zəmin yaradır.

    "Bu sənədlər regional inteqrasiyanın dərinləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, birgə investisiya layihələrinin təşviqi və enerji resurslarının səmərəli idarə olunması kimi mühüm istiqamətləri əhatə edir.

    Türkmənbaşı görüşü Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı anlaşma və strateji əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar açdı. İmzalanan sənədlər və razılaşmalar üç ölkənin regional inteqrasiya, iqtisadi inkişaf və enerji təhlükəsizliyi istiqamətində mühüm addımlar atmasına şərait yaradır. Bu da öz növbəsində bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına öz töhfəsini verəcək," - deyə S. Mikayılova fikirini tamamlayıb.

    #Sevil Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin tarixi missiyanı şərəflə tamamlaması nəticəsində faciə və qaranlıqdan işığa doğru gəldik – Sevil Mikayılova

    11 Oktyabr 2025 15:22

    Prezident İlham Əliyev TDT-nin gələcək inkişaf istiqamətlərini müəyyən etdi - Sevil Mikayılova

    9 Oktyabr 2025 15:41

    Heydər Əliyevin prezident seçilməsi müasir Azərbaycanın gələcəyini müəyyən etdi – Sevil Mikayılova

    3 Oktyabr 2025 09:16

    Şanlı qələbəmizin başlandığı gün: Qürur və Xatirə Günü

    27 Sentyabr 2025 10:09

    Vətən Müharibəsinin qələbə simvolu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

    20 Sentyabr 2025 09:57

    Vaşinqton görüşü: Prezident İlham Əliyevin müəyyənləşdirdiyi regional inkişaf perspektivləri reallığa çevrilir

    28 Avqust 2025 14:21

    Sevil Mikayılova BMT-nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından hesabat təqdim edib

    5 Avqust 2025 10:14

    Xankəndidə Ayvazovskiyə qoyulmuş abidənin sökülməsi tamamilə qanuni addımdır – Sevil Mikayılova

    1 Avqust 2025 19:13

    Ulu Öndər Heydər Əliyevin strateji baxışında Azərbaycan dili: milli kimliyin sütunu və dövlət siyasətinin əsas dayağı

    1 Avqust 2025 14:10

    ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın siyasi gücünün beynəlxalq səviyyədə təsdiqidir – Sevil Mikayılova

    5 İyul 2025 12:20

    8 Noyabr" Elektrik Stansiyası Azərbaycanın enerji potensialının daha da artmasına və enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verəcək - Sevil Mikayılova

    25 İyun 2025 21:23

    Dalğalanan bayrağımız gələcək nəsillərə Azərbaycan dövlətçiliyinin əmanətidir

    27 May 2025 18:06
    Demo
    XƏBƏR LENTİ

    Zakir Həsənov Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsini yoxlayıb

    Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə, onları öldürməyə gedəcəyik- Tramp

    İsrailin avadanlıq girişinə icazə verməməsi, əsir cəsədlərinin təhvilini gecikdirir - HƏMAS

    Qəzzada HƏMAS-a qarşı yeni silahlı qüvvə yarandı - beynəlxalq yardım çağırışı

    Azərbaycanda doqquz ayda "yaşıl enerji" istehsalı artıb

    Qəzzada vəziyyət çox çətindir, amma lazım gələrsə, biz müdaxilə edərik - Tramp

    Qazaxıstanlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib

    Zəfər xronikası. 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib

    Bu gün OPEK neft embarqosu tətbiq etdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.