Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Vətən Müharibəsinin qələbə simvolu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

    20 Sentyabr 2025 09:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsis olunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrunda mübarizənin, milli həmrəyliyin və qəhrəmanlığın əbədiləşdirilməsidir.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 ilə yaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə Azərbaycan Dövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.

    "Bu tarixi hadisə həm də Azərbaycan xalqının qanı və canı bahasına əldə etdiyi böyük zəfərin ən parlaq nümayişidir.

    Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri 30 il ərzində Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin silahlı qüvvələrinin işğalı altında olmuş, bu ərazilərdə yaşayan minlərlə azərbaycanlı vətənpərvər ağır sınaqlardan keçmişdir. Xocalı soyqırımı kimi faciəvi hadisələr vətəndaşlarımızın yaddaşına dərin həkk olunub. Lakin Azərbaycan xalqı uzunmüddətli mübarizənin sonunda Vətən müharibəsində qətiyyətli addımlarla öz torpaqlarını geri qaytararaq dünyaya böyük mesaj verdi: haqq-ədalət qalib gələcək."

    S.Mikayılova əlavə edib ki, 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması ilə bu torpaqların əsil sahibi olduğunu nümayiş etdirdi.

    "Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri də Azərbaycanın gələcəyə olan inamını göstərir. Qarabağ Universitetinin yaradılması, Ağdərə rayonunun təşkili və yeni infrastruktur layihələri regionun iqtisadi və mədəni həyatını yenidən canlandırır. Bu, təkcə şəhərlərin deyil, həm də bu torpaqlarda yaşayan insanların həyatlarının yenidən qurulması deməkdir."

    Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, məktəblərin, xəstəxanaların, idman və mədəniyyət obyektlərinin açılışları regionun inkişafını sürətləndirir, gənclərin və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradır.

    "20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü eyni zamanda milli birlik günüdür. Bu gün biz yalnız tariximizi deyil, həm də gələcəyimizi anırıq. Azərbaycan xalqı bir daha sübut edir ki, vətən sevgisi, milli birlik və həmrəylik hər bir çətinliyin öhdəsindən gəlməyin açarıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunan bölgələrə etdiyi səfərlər, burada keçirilən tədbirlər, infrastrukturun bərpası və yeni sosial obyektlərin istifadəyə verilməsi Azərbaycan dövlətinin gücünü və xalqın iradəsini nümayiş etdirir."

    S.Mikayılova vurğulayıb ki, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın tarixində qalibiyyətin, milli qürurun və gələcəyə inamın simvoludur.

    "Bu gün həm də hər bir Azərbaycan vətəndaşının haqq və ədalət uğrunda mübarizənin, milli həmrəyliyin və vətən sevgisinin ən yüksək zirvəsidir. Tariximizi unutmamalı, bu əziz torpaqlarda yaşanan qəhrəmanlıqları gələcək nəsillərə yaşatmalı, Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini daim qorumaq üçün birlikdə çalışmalıyıq. Çünki Azərbaycanın gələcəyi bu günkü zəfərlərin və uğurların davamıdır."

    #Sevil Mikayılova #Xocalı #Ağdərə #Xankəndi #Xocavənd
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçiriləcək

    4 Noyabr 2025 19:23

    Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı: Azərbaycanın elmi və texnoloji inkişaf strategiyasının yol xəritəsi

    4 Noyabr 2025 12:43

    44 günlük Vətən müharibəsinin xronikası: 31 oktyabr

    31 Oktyabr 2025 00:15

    Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər

    22 Oktyabr 2025 16:26

    Xocavənddə mina partlayışı - ANAMA əməkdaşı yaralandı

    20 Oktyabr 2025 13:33

    Deputat Sevil Mikayılova Cenevrədə keçirilən IPU qadın-parlamentarilərin Forumu və Bürosunun iclasında məruzə ilə çıxış edib

    20 Oktyabr 2025 11:46

    Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu öz işinə başlayıb

    15 Oktyabr 2025 11:13

    Prezident İlham Əliyevin tarixi missiyanı şərəflə tamamlaması nəticəsində faciə və qaranlıqdan işığa doğru gəldik – Sevil Mikayılova

    11 Oktyabr 2025 15:22

    Prezident İlham Əliyev TDT-nin gələcək inkişaf istiqamətlərini müəyyən etdi - Sevil Mikayılova

    9 Oktyabr 2025 15:41

    Xocalının Xanyurdu kəndinə növbəti köç olub

    8 Oktyabr 2025 13:44

    Heydər Əliyevin prezident seçilməsi müasir Azərbaycanın gələcəyini müəyyən etdi – Sevil Mikayılova

    3 Oktyabr 2025 09:16

    AYNA ölkə üzrə tarifi artan marşrutların siyahısını elan etdi

    29 Sentyabr 2025 15:48
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 5 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 5 noyabr

    Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti müzakirə olunub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Ceyhun Bayramov Əlcəzair Xalq Milli Məclisinin sədri ilə görüşüb

    Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir

    Fransa prezidentinin müşaviri Bakıda bir sıra görüşlər keçirib

    Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında olub

    Biləsuvarda Zəfərin ruhu adlı foto və rəsm sərgisi keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.