Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Hizbullah Livanı yüz il geriyə apardı – Samir Caca

    3 Avqust 2025 10:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – Livanın Xristian müxalifət lideri Samir Caca Hizbullahı Livanı yüz il geriyə aparmaqda ittiham edib.

    AzerVoice xəbər verir ki, onun bu açıqlaması, hökumətin avqustun 6-da keçirəcəyi və “silah üzərində dövlətin inhisarını təmin edəcək icra mexanizmini” təsdiqləməyi hədəfləyən mühüm iclas ərəfəsində verilib.
    Hizbullah isə bildirib ki, silahı yerə qoymaq Livanı İsrailə təslim etmək deməkdir.

    Livanın kənd təsərrüfatı naziri Nizar Hani yerli radioya açıqlamasında deyib ki, bu iclas prezident Cozef Aunun andiçmə nitqində qoyduğu əsas prinsiplərə uyğundur. Həmin nitqdə silahın yalnız dövlətə məxsus olması üçün müddət təyin olunmuşdu. Hani əlavə edib ki, bu məsələ hökumət daxilində geniş siyasi razılıqla qarşılanır və Hizbullahla Amal hərəkatı da daxil olmaqla heç bir tərəf iclası boykot etməyəcək.

    Samir Caca Hizbullahın istifadə etdiyi ritorikanın Livan xalqının əksəriyyəti üçün anlaşılmaz olduğunu deyib və əlavə edib ki, Hizbullah da xalqın istəklərini anlamır. Onun sözlərinə görə, Livan xalqının 75 faizi onlara zorla qəbul etdirilən bu reallığı istəmir, lakin Hizbullah bu vəziyyəti dəyişmək niyyətində deyil.

    O, Hizbullahın iddialarını rədd edərək bildirib ki, təşkilat silahlarını İsrailin Livanın cənubunda mövcudluğu ilə əsaslandırsa da, əslində elə bu silahların və təşkilatın apardığı müharibələrin İsrailin orada olmasının səbəbi olduğunu qeyd edib. Onun fikrincə, İsrail Livanı işğal etmək istəmir, çünki bu, onun strateji maraqlarına daxil deyil.

    Caca eyni zamanda hökumətə çağırış edərək bildirib ki, artıq legitim prezident və iki dəfə parlamentdən etimad qazanmış hökumət var, bu səbəbdən də onlar Hizbullahın cavabını gözləmədən hərəkətə keçməlidirlər. O, Livan xalqının Hizbullahın ölkəni saldığı böhrandan çıxarılmasını və fərqli bir gələcəyin başlanmasını gözlədiyini vurğulayıb.

    Digər tərəfdən, Hizbullahın deputatı Hüseyn Cişi bildirib ki, hökumət iclasında dövlətin suverenliyi və silah məsələsi müzakirə olunacaq. O, Hizbullahın dövlətə inandığını və silahın dövlətin əlində olmasını istədiyini deyib, lakin əlavə edib ki, son səkkiz ayda baş verən İsrail hücumları qarşısında dövlətin heç bir tədbir görmədiyini sorğulamaq lazımdır. Onun fikrincə, əgər müqavimətin (yəni Hizbullahın) silahsızlanması tələb olunursa, bu, əvəzsiz olduğu təqdirdə Livanın İsrailə təslimi kimi başa düşülə bilər.

    #Livan #Hizbullah #Livan xəbərləri #İsrailin Hizbullah ittihamları #Livan ordusu #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #Livan parlamenti #Livanın cənubu #Livan siyasəti 2025 #Hizbullah və Livan siyasəti #İsrail Livan münasibətləri #Livanda regional siyasət #Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullahın Livandakı təsiri #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL

    3 Yanvar 2026 09:40

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    2 Yanvar 2026 16:26

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00

    UNIFIL Cənubi Livanda ciddi pozuntu barədə xəbərdarlıq etdi

    27 Dekabr 2025 09:54

    Livan Prezidenti parlament seçkilərinin vaxtında keçiriləcəyini təsdiqləyib

    25 Dekabr 2025 15:53

    Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan

    25 Dekabr 2025 15:46

    İsrail Livanın cənubuna dron hücumu həyata keçirib

    25 Dekabr 2025 12:41

    MOSSAD Livanda gizli əməliyyat keçirdi

    25 Dekabr 2025 09:27
    Demo
    XƏBƏR LENTİ

    Eduard Bernays qadınları siqaretə necə yönəltdi?

    Bu gün Malkolm X-in qızı saxlanıldı

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.