Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İran daxilində Snapback böhranı: keçmiş diplomatlar üz-üzə gəldi

    18 Oktyabr 2025 19:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında 2015-ci il nüvə sazişindəki “Snapback” (sanksiyaların bərpası mexanizmi) bəndi ilə bağlı açıq mübahisə genişlənərək artıq İran daxilində siyasi çəkişməyə çevrilib.

    Bu polemika təkcə Zərif və Lavrov arasında qalmayıb, danışıqlar dövründə Atom Enerjisi Təşkilatının rəhbəri və sabiq xarici işlər naziri olmuş Əli Əkbər Salehi də daxil olmaqla keçmiş iranlı rəsmilərin reaksiyasına səbəb olub. Uzun müddət sükutunu qoruyan Salehi rus mövqeyini müdafiə edib və dolayı şəkildə Zərifin bəyanatlarını tənqid edib.

    Salehinin çıxışı İran siyasi dairələrində “Snapback” bəndinin kim tərəfindən daxil edildiyi və bu maddənin sonradan Tehrana qarşı beynəlxalq sanksiyaların bərpasına yol açdığı barədə yaranmış fikir ayrılıqlarının dərinliyini üzə çıxardı. Bir çox müşahidəçilər bu bəndi “İrana son anda təlqin edilmiş hüquqi tələ” adlandırır.

    Oktyabrın 17-də yayımlanan videomüsahibəsində Salehi bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov “bir iclasda Snapback bəndinin daxil edilməsinə etiraz edib və bunun Rusiyanı veto hüququndan məhrum etdiyini söyləyib”.

    Bu bəyanat Zərifin əvvəlki ittihamlarına dolayı cavab idi. Zərif Lavrovu “yalan danışmaqda və faktları təhrif etməkdə” günahlandırmış, Rusiyanın danışıqlar zamanı İranın maraqlarına zidd təkliflər irəli sürdüyünü bildirmişdi.

    Zərif bir açıqlamasında demişdi ki, “danışıqlardan birində Con Kerri hər altı aydan bir iki üzvün tələbi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzadılması təklifini verdi. Mən bunu təhqir hesab edib rədd etdim. Sonra Kerri dedi ki, bu təklif Lavrovdan gəlir”.

    Salehi isə əlavə edib ki, “amerikalılar Snapback bəndini sazişə daxil etməyə çalışırdılar ki, istənilən vaxt üzərimizdə bir ‘asılmış qılınc’ qalsın. ABŞ ağıllı şəkildə Təhlükəsizlik Şurasının beş daimi üzvünü sanksiyaların bərpasını dayandırmaq üçün veto hüququndan məhrum etdi”.

    Lavrov isə oktyabrın 14-də verdiyi açıqlamada Snapback mexanizmini “hüquqi tələ” adlandıraraq bildirmişdi ki, bu məsələ “danışıqların son mərhələsində birbaşa Zərif və o vaxtkı ABŞ dövlət katibi Con Kerri arasında razılaşdırılıb”.

    Zərif isə buna cavab olaraq “Lavrovun iddialarının doğru olmadığını” və “Snapback-in Kerri ilə onun arasında müzakirə mövzusu olmadığını” qeyd edib. O həmçinin bildirib ki, “rus və fransız təklifləri bundan daha pis idi və böyük çətinliklə mətndən çıxarıldı”.

    Bu mübahisə Böyük Britaniya, Fransa və Almaniyanın “Snapback” mexanizmini aktivləşdirməsi fonunda daha da qızışdı. Bu addım İran üzərinə beynəlxalq sanksiyaların, o cümlədən silah embarqosunun bərpasına gətirib çıxardı. Moskva isə bu qərarı tanımadığını bəyan etdi.

    Zərif son bəyanatlarında Lavrovun İrana qarşı “aşağılayıcı təkliflər” verdiyini, məsələn, silah embarqosunun qaldırılması müddətinin beş illə məhdudlaşdırılmasını təklif etdiyini bildirmişdi. Tehran bu təklifi rədd etmişdi.

    Qeyd edək ki, “Snapback” bəndi nüvə sazişinin iştirakçısı olan istənilən dövlətə BMT Təhlükəsizlik Şurasında səsverməyə ehtiyac olmadan İran üzərinə sanksiyaları bərpa etmək imkanı verir. Tehran bunu Qərbin İrana təzyiq vasitəsi kimi istifadə etdiyi “hüquqi boşluq” adlandırır.

    #İran #Sergey Lavrov #Rusiya XIN #Cavad Zərif #BMT Təhlükəsizlik Şurası #İran nüvə sazişi #İran Atom Enerjisi Təşkilatı (AEOİ) #İran - Rusiya münasibətləri #Əli Əkbər Salehi #Snapback (sanksiyaların bərpası mexanizmi)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub

    24 Dekabr 2025 09:11

    BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişi üzrə iclas keçirəcək

    23 Dekabr 2025 09:37

    İran Ordusu sərhəd təhlükəsizliyini gücləndirir

    22 Dekabr 2025 17:30

    İran raket proqramının müdafiə xarakterli olduğunu bəyan edib

    22 Dekabr 2025 15:03

    Pakistan və İran XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    21 Dekabr 2025 18:54

    İranlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    21 Dekabr 2025 11:00

    Türkiyədən İrana kimyəvi maddə ixracı 471 milyon dolları keçib (ÖZƏL)

    20 Dekabr 2025 17:41

    İran və Azərbaycan Astara Sərhədində Yük Maşını Hərəkətini Artıracaq

    20 Dekabr 2025 15:29

    İran vətəndaşı MOSSAD ilə əlaqələrinə görə edam edildi

    20 Dekabr 2025 12:02

    İran nüvə obyektlərinin vəziyyəti barədə BAEA-ya məlumat təqdim etməyib - Qrossi

    20 Dekabr 2025 09:55

    Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib

    20 Dekabr 2025 09:37

    Əraqçi Moskva səfərində Rusiya ilə İran-MAQATE dialoqunu müzakirə edəcək

    17 Dekabr 2025 11:57
    Demo
    XƏBƏR LENTİ

    Sudanın Suveren Şurasının sədri Türkiyəyə səfər edəcək

    AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür

    Tarixdə bu gün – 25 Dekabr

    Prezident İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Təmiz Dünya sığınacağında yaşayan uşaqların bayram sevincinə şərik olublar

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar

    Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb

    Əlcəzair Fransanın müstəmləkəçilik dövrünü cinayət kimi tanıyan qanun qəbul edib

    Ankaradakı təyyarə qəzasında həlak olan Liviya rəsmilərinin cəsədləri məhkəmə-tibbi ekspertizaya təhvil verilib

    Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.