BAKI,AzerVoice
Azərbaycanla enerji əməkdaşlığı strateji səviyyədədir.
AzerVoice xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Aşqabaddakı “Yıldız” otelində “Heydər Əliyev – Energetika diplomatiyası: Yaşıl dünya naminə həmrəylik” mövzusunda konfrans keçirilib.
Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok çıxışında Azərbaycan və Türkiyə arasında enerji sahəsindəki uğurlu tərəfdaşlığı vurğulayıb.
O bildirib ki, Azerbaycandan alınan neft və təbii qaz Türkiyənin daxili tələbatını ödəyir, qalan hissə isə ixrac olunur. Demirok bu əməkdaşlığın regional enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Konfransda iştirak edən “EU Reporter” və “Bruxelles Korner” beynəlxalq nəşrlərinin əməkdaşı, ekoloji ekspert Derya Soysal isə Azərbaycan və Türkmənistanın strateji tərəfdaş ölkələr olduğunu bildirib və yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb
Qeyd edək ki, konfransda Türkmənistanın xarici işlər nazirinin müavini Ahmet Qurbanov, Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok, BMT-nin Türkmənistandakı daimi koordinatoru Dmitri Şlapoçenko, BMT Baş katibinin xüsusi nümayəndəsi və BMT-nin Mərkəzi Asiya üzrə Siyasi İşlər Mərkəzinin rəhbəri Kaxa İmnadze çıxış ediblər.
Tədbir çərçivəsində Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin videomüraciəti də nümayiş etdirilib.