Əsas səhifə » İraq İŞİD-i təmizlədiyi kimi PKK-nı da təmizləyəcək - Hakan Fidan

İraq İŞİD-i təmizlədiyi kimi PKK-nı da təmizləyəcək - Hakan Fidan

BAKI,AzerVoice

İraqın övladları İŞİD-i təmizlədi, PKK-nı da təmizləyəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, İraqın televiziya kanalına müsahibədə bildirib.

Fidan çıxışında İraqdakı terrorla mübarizəyə toxunaraq, İŞİD-ə qarşı necə mübarizə aparılıbsa, eyni şəkildə PKK-nın da İraq tərəfindən zərərsizləşdirilməli olduğunu bildirib.

Nazir, həmçinin İsrailin Suriyadakı fəaliyyətlərini tənqid edərək, bu siyasətin təhlükəli nəticələr doğura biləcəyini vurğulayıb.

Fidanın açıqlamaları bölgədə gərginliyin artdığı bir dövrdə beynəlxalq ictimaiyyətin diqqətini çəkib.

Digər Kateqoriyalar

2025 © Azervoice