Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Türkiyədə nə baş verir? – Etirazlar genişlənir

    24 Mart 2025 19:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Cümhuriyyət Xalq Partiyasının təmsilçisi olan Əkrəm İmamoğlu Türkiyənin tanınmış siyasətçilərindən biridir. O, 2014–2019-cu illərdə İstanbulun Bəylikdüzü bələdiyyəsinin sədri vəzifəsini icra edib. 2019-cu ildə İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi qalib gəlib. Lakin 2019-cu ildə İstanbul bələdiyyə seçkilərinin nəticələri Türkiyənin Ali Seçki Şurası (YSK) tərəfindən ləğv edilib. Bu qərar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərdə qanun pozuntularının olması ilə bağlı etirazlarına əsaslanıb. AKP bəzi seçki məntəqələrində heyət üzvlərinin qanunsuz təyin edildiyini və seçki prosesində nizamsızlıqlar olduğunu iddia edib. YSK bu iddiaları nəzərə alaraq seçkilərin nəticələrini ləğv edib və iyunun 23-də təkrar seçki keçirilməsinə qərar verib. Təkrar seçkilərdə isə Əkrəm İmamoğlu daha böyük fərqlə qalib gəlib. O, 2019-cu ildəki seçki qələbəsindən sonra Türkiyə siyasətində diqqət mərkəzinə çevrilib və 2023-cü il prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri kimi qiymətləndirilib. Hazırda İmamoğlunun həbs olunması ilə bağlı ittihamlar siyasi müzakirələrin əsas mərkəzindədir.

    Bildiyimiz kimi, martın 19-da Əkrəm İmamoğlu "cinayət təşkilatı qurma, qəsb, rüşvət, dələduzluq, çirkli pulların yuyulması, terror qruplaşmaları ilə əməkdaşlıq və korrupsiya" ittihamları ilə həbs edilib. Həmin gün keçirilən əməliyyatlar zamanı onun müşaviri Murat Ongün və bəzi kiçik bələdiyyə sədrləri də daxil olmaqla, 100-dən çox şəxs saxlanılıb. İddialara görə, İmamoğlu "dövlət məmuruna qarşı açıq şəkildə təhqir", "təhdid" və "terrorla mübarizədə iştirak edən şəxsləri hədəf göstərmə" kimi cinayətlərdə ittiham olunub.

    İmamoğlunun 7 il 4 aya qədər həbs cəzası ilə üzləşməsi ehtimalı var. Bu ittihamlar onun İstanbul Baş Prokuroru Akın Gürlek və ailəsi ilə bağlı ifadələrinə əsaslanır.

    Hadisədən bir gün əvvəl, 18 mart 2025-ci ildə İstanbul Universiteti İmamoğlunun təhsil dərəcəsini qanun pozuntularını əsas gətirərək ləğv edib. Bu qərar müxalifətin onu prezidentliyə namizəd kimi təqdim etməsinə bir neçə gün qalmış qəbul edilib.

    Qeyd edək ki, bu hadisə müxalifət partiyaları ilə iqtidar arasında münasibətləri daha da mürəkkəbləşdirib. İmamoğlunun tərəfdarları bu ittihamları siyasi motivli hesab edir və onun prezident seçkilərində potensial namizədliyinə mane olmaq məqsədilə irəli sürüldüyünü iddia edirlər. Müxalifət nümayəndələri bu hadisəni demokratiyaya zərbə kimi qiymətləndirir və İmamoğlunun azadlığı üçün geniş dəstək kampaniyaları təşkil edirlər.

    AzerVoice xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Trend BİA-nın baş direktorunun müavini, siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, Ə.İmamoğlunun həbsi ilə bağlı müxtəlif versiyalar mövcuddur: “Bu versiyalardan ən başlıcası və dəstəklədiyim fikirlərdən biri odur ki, partiya daxilində çox ciddi qarşıdurma var. Bu məsələ partiya mənsublarının şikayəti əsasında gündəmə gəlib. Təbii ki, bu təsadüfi deyil. Türkiyədə erkən seçkilər məsələsi gündəmə gəldiyi, yəni bu mövzu müzakirə edildiyi dövrdə belə bir hadisənin baş verməsi bunun təsadüfi olmadığını bir daha göstərir. Bununla yanaşı, bu gün səhər saatlarından etibarən Ə.İmamoğlunun prezident seçkilərinə 3 il qalmış namizədliyi irəli sürülüb. Fikrimcə, baş verənlərdə hər tərəfin – istər “CHP”, istərsə “AK Partiya”nın maraqlı tərəfləri var”.

    Onun sözlərinə görə, müxalifət ölkədə erkən seçkilərin keçirilməsini istəyir: “Hazırda baş verən hadisələr – polisin döyülməsi, məzarlıqların dağıdılması, tarixi abidələrə vurulan ziyan – bütün bunlar ölkədə destabilizasiya yaratmaq və Ərdoğanı erkən seçkilərə məcbur etmək məqsədi güdür. Eyni zamanda, baş verən toqquşmaların geniş vüsət almasında beynəlxalq qüvvələrin rolu da hiss olunur. Polisin üzərinə kimyəvi maddələrin atılması və digər insidentlər göstərir ki, bu hadisələrdə xarici xüsusi xidmət orqanlarının da təsiri var”.

    R. Hafizoğlu vurğulayıb ki, baş verən hadisələrdə digər ölkələrin də maraqları mövcuddur: “Açıq etiraf etmək lazımdır ki, burada başda İsrailin maraqları mövcuddur. Qərb dövlətlərinin – xüsusilə Fransa və Almaniyanın – Ərdoğan hökumətini zəiflətmək kimi planlarının olduğu sirr deyil. Digər tərəfdən, Yaxın Şərq prizmasından yanaşsaq, bu gün Yaxın Şərq mediasında anti-Ərdoğan və anti-türk təbliğatının geniş yayıldığını müşahidə etmək mümkündür”.

    Onun sözlərinə görə bu, Qərbin, İsrailin, ərəb dövlətlərinin və eyni zamanda İranın maraqlarını göstərir: “Yaxın Şərqdə baş verən hadisələr, xüsusən də İranın Suriyadan çıxarılmasından sonra, İsrail kabineti qərar alıb ki, Türkiyə ilə toqquşma məsələsi hər an bölgədə baş verə bilər. Nə İsrail, nə də bölgədən çıxarılmış İran heç bir halda Suriyada Türkiyəni görmək istəmirlər. Bölgədə paradoksal bir vəziyyət yaranıb. Düşmən qüvvələr belə müəyyən məsələlərdə Türkiyə ilə bağlı ortaq mövqe sərgiləyə bilirlər. Bu, PKK məsələsində özünü göstərir. PKK ilə mübarizə məsələsində Amerika ilə Rusiya bir-birinə düşmən mövqedə duran dövlətlər olsa da bəzən ortaq məxrəcdə birləşirlər. Amma məsələ Suriyada PKK-nın silahlanması və onlara verilən dəstək məsələsinə gəldikdə, hətta İran belə PKK-nın Suriya qolu olan YPG və digər gücləri dəstəkləyir. Bu, əslində çox paradoksal bir vəziyyətdir”.

    “Əminəm ki, Türkiyə bu məsələlərin öhdəsindən gələcək. İstər erkən seçkilər olsun, istərsə də olmasın, hələ ki, hər şey stabil görünür. Baxmayaraq ki, bəzi qərb, ərəb media quruluşları bu hadisələri “Türk baharı” kimi təqdim etməyə çalışır, “Ərəb baharı” səviyyəsində iğtişaşların şahidi olmuruq. Amma bu barədə danışmaq hələ tezdir. CHP-nin hakimiyyətə gəlməsi ehtimalına gəldikdə isə siyasətdə hər şey mümkündür. Bəs bu Azərbaycan-Türkiyə münasibətlərini sarsıda bilərmi? Əgər biz yüksəlmiş türk millətçiliyini və Azərbaycan xalqına olan bağlılığı yalnız türklük məsələsi ilə əlaqələndirsək, türk xalqının Azərbaycana olan münasibəti heç bir halda hakimiyyətin tutduğu mövqedən asılı deyil. Bu, bir gerçəklikdir. Onu da qeyd edim ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da bu münasibətlərə xələl gətirmək istəyən kifayət qədər mütəşəkkil qüvvələr mövcuddur. İstər bəzi mediaların, istərsə də bəzi QHT-lərin daxilində, həm Türkiyənin, həm də Azərbaycanın səviyyəsində bu cəhdlər müşahidə olunur. Lakin nəticədə xalq səviyyəsində Türkiyə-Azərbaycan qardaşlığına heç bir halda xələl gətirmək mümkün deyil. Digər tərəfdən, əgər iddia edildiyi kimi, CHP hakimiyyətə gəlsə və Türkiyə parlamentar respublikaya geri dönsə belə, CHP heç bir halda parlamentar respublikaya qayıtmayacaq. Hakimiyyətə gəlsə belə, prezident üsul-idarəsi davam edəcək. Bu, CHP maraqlarına uyğundur. Çünki idarəetmənin bir əldə cəmlənməsi məsələsi var. Hələ ki, sabitlik olacağı gözlənilir. Böyük ehtimalla ciddi çaxnaşmalar baş verməyəcək. Lakin açıq etiraf etmək lazımdır ki, bu məsələdə Qərbdən və Şərqdən kənar qüvvələrin müdaxiləsi mövcuddur. Onlar bu məsələləri daha qabarıq şəkildə gündəmə gətirmək istəyirlər. Məsələn, baş verən hadisələrdə polisə hücumlar, onların üzərinə kimyəvi maddələrin atılması müşahidə olunur. Bu, göstərir ki, burada dinc aksiyadan çox, Ərəb baharında yaşanan bir ssenariyə çevirmək istəyən qüvvələr fəaliyyət göstərir”,- deyə R.Hafizoğlu fikrini yekunlaşdırıb.

    #Rufiz Hafizoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    Suriyada qanlı savaş davam edəcəkmi?

    2 Oktyabr 2025 18:40

    Azərbaycan son iki ildə regionda aparıcı siyasət yürüdərək BƏƏ üçün önəmli tərəfdaş olub - Rufiz Hafizoğlu

    19 Sentyabr 2025 17:57

    Azərbaycan–KKTC media əməkdaşlığı - Rufiz Hafizoğlu fəxri mükafatla təltif olunub

    19 Sentyabr 2025 13:59

    Azərbaycanın BƏƏ ilə münasibətləri çoxvektorlu siyasətin uğurlu nümunəsidir - Rufiz Hafizoğlu

    17 Sentyabr 2025 12:10

    Avropa dövlətləri Fələstini tanıyacaq - Yaxın Şərqdə vəziyyət dəyişir

    4 Sentyabr 2025 12:36

    Türkiyə ordusu hərəkətə keçir: Suriyada hərbi əməliyyat başlayır

    29 Avqust 2025 17:27

    Azərbaycan enerji siyasəti və diplomatik rolu ilə regionda sülhün təminatçısıdır, ehtiyac yaranarsa, İsrail-Fələstin danışıqlarında da aktiv rol oynaya bilər

    27 Avqust 2025 17:22

    İsrail ilin sonuna qədər İranla yeni müharibəyə başlayacaq - Rufiz Hafizoğlu

    25 Avqust 2025 16:30

    İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək - Rufiz Hafizoğlu

    22 Avqust 2025 11:17

    Suriya və Türkiyə ordusu böyük əməliyyata hazırlaşır

    18 Avqust 2025 15:14

    Hizbullahın gələcəyi - Livan xalqı başqaları üçün vuruşmaqdan yorulub

    18 Avqust 2025 11:12
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə futbolçular və hakimlər mərclik iddiaları ilə saxlanılıb

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    Səudiyyə Ərəbistanına məxsus təyyarədə bomba xəbərdarlığı panikaya səbəb oldu

    Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 178 nəfər saxlanılıb

    Türkiyədən Azərbaycana hazır geyim ixracı 44 milyon dolları keçib (ÖZƏL)

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    Yuxuda zürafə görmək

    Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulacaq - Tramp

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    Yuxuda səhabə görmək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.