Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Ortaq dil çağırışları qədər absurd və populist olan heç nə yoxdur - Elvüsal Məmmədov

    23 Fevral 2023 19:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerPress

    Ortaq dil çağırışları qədər absurd və populist olan heç nə yoxdur, AzerPress –in məlumatına gör, bu haqda tanınmış ilahiyatçı-alim Elvüsal Məmmədov rəsmi Facebook səhifəsində yazıb.

    “Dil adi və mexaniki ünsiyyət vasitəsi deyildir; əkinə, canlı və dinamik ünsiyyət vasitəsidir. Bununla yanaşı, dil mövcudluğu və varlığı baxımından immanent səciyyə daşıyır. Bu immanentlik kifayət qədər mürəkkəb məsələdir; təfəkkür-dil, dil-nitq dualizmi labirintindən çıxa bilməməyimizin səbəbi dilin mənşəyinə baxışımızdan irəli gəlir. Başlanğıcda nə vardı: dil, yoxsa təfəkkür; nitq, yoxsa dil? Məsələyə diaxronik baxdığımız üçün qənaətbəxş cavab yoxdur; dilçilər aləmi bir-birinə qatıb mətləbdən bizi uzaqlaşdıran nəzəriyyələr irəli sürmüşlər. Nə qədər ki insanın mənşəyinə diaxronik yanaşma mövcuddur, bu kimi suallar cavabsız qalacaqdır. Əslində “Dil, yoxsa təfəkkür birincidir?” sualını insan oğlunu “təkamül nəticəsində meydana çıxan bioloji növ” hesab edən materialist nöqteyi-nəzər doğurmuşdur. Bu nöqteyi-nəzər mənşə problemini səhv yerdə axtardığından belə yanlışlığın özü ilə gətirdiyi suallara düzgün cavab heç vaxt olmayacaqdır. Elə isə həm insanın mənşəyi, həm də dil-təfəkkür əlaqəsi probleminə sinxron nəzər salmalıyıq. Sinxron yanaşma təkamülü rədd edir, hazır komponentlərin eyni vaxtda mövcud olduğunu irəli sürməklə qəliz və mənasız mübahisələrə son qoyur”- deyə o bildirib.

    Onun sözlərinə görə, dil hər xalqa – etnik vahidə aid özünəməxsus hadisə və sistemdir, canlı orqanizmdir. Nitqin özü nə qədər qədimdirsə, dil də bir o qədər qədimdir. Duyğular nədirsə, dil də odur, şüur nədirsə, dil də odur; insanın nitqi ilə duyğuları, şüuru arasında qırılmaz üzvi əlaqə vardır. Dil mexaniki danışıq və nitq materialından ibarət deyildir; dil şüur və nitqin, təfəkkür və ifadə materialının uğurlu və səmərəli vəhdətindən ibarət estetik hadisədir. Dil şüurdur, dil nitqdir, dil duyğudur, dil estetikadır, dil ruhun özüdür, dil möcüzədir, dil müəmmadır, amma sistemliliyi və füsunkarlığı ilə şüura meydan oxuyan müəmmadır...

    Dil süni müdaxilə qəbul etməyən, bütünlükdə təbii sayıla biləcək hadisədir; dillər təsadüfi, yaxud mexaniki proseslərin nəticəsində meydana çıxmamışdır; mövcud dillər dil adlı möcüzəvi hadisənin təzahürləridir.

    “Təkcə insan oğluna xas dil hadisəsi dillər adlanan maraqlı təzahürə səbəb olan özəkdir. Dil həm forma, həm də mahiyyətdir, həm sistem yaradan qüvvədir, həm də sistemin özüdür. Dil həm bacarıq, həm də sistem olaraq möcüzədir. Ana dili,milli-mənəvi kimliyinin formalaşmasında ana dilinin birbaşa rolu vardır. Ona görə ki, ana dildə sözlə (forma ilə) məna (məzmun) bir-birindən ayrı deyildir, yəni mənanı formasız və ya formanı məzmunsuz təsəvvür etmək qeyri-mümkündür. Məhz sözün, simvolun, maddi qabığın mənaya, məzmuna “lehimlənməsi” (bunu “sandhi” effekti də adlandıra bilərik) ana dilin uşaqlarda həyəcan, eyni dildə danışan başqa uşaqlarla sövqi-təbii olaraq qarşılıqlı münasibət yarada bilməsinin səbəbini izah edir. Uşaq psixikasının formalaşmasında ilk dilin rolunu öyrənən linqvistika tədqiqatlarında qeyd olunur ki, kimlik (identiklik) oyanmaları, milli-mənəvi “konturlar”ın özünü göstərməsi ilk dili öyrənərkən baş verir. Dediyimiz kimi, ana dildə simvollarla məna vəhdətdə olur, ana dilini əmələ gətirən, uşağın da instinktiv formada, bişüur olaraq mənimsədiyi sözlər özündə ana dilin aid olduğu xalqın düşüncə tərzini, dəyərlərini, həyata, insana baxışını əks etdirir, milli-mənəvi “ionlar”ın daşıyıcısı kimi çıxış edir. Öz ana dilində danışa bilməyən körpələrini xarici dillərin, xüsusən rus dilinin ağuşuna atan valideynlər bu barədə yaxşı düşünməlidirlər” –deyə o qeyd edib.

    O hesab edir ki , Ana dili kimlikdir, mədəniyyətdir, tarixdir, yəni bu dil Azərbaycan deməkdir. Onun fikrincə, ortaq dil çağırışları qədər absurd və populist olan heç nə yoxdur.

    “Əvvəla, dillər tarixin heç bir mərhələsində süni şəkildə meydana çıxmayıb; ikincisi dillər ayrı-ayrı xalqların kimliyidir; Ortaq dil təsis etmək üçün ayrı-ayrı xalqları, milli-mənəvi kimliklərini əritmək və hibrid xalq yaratmaq lazımdır. Hibrid xalq problemini həll etdikdən sonra belə mexaniki-bioloji kütlənin süni dilini yaratmaq barəsində də danışmaq olar. Mənim üçün maraqlıdır: ortaq dil yaratmaq çağırışı edənlər hər xalqın artikulyar özünəməxsusluğu kimi genetik problemi necə həll etmək fikrindədirlər?” –deyə o bildirib.

    #Elvüsal Məmmədov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fəallaşan dönüklər, yaxud riyakar "konyunkturşiklər" haqqında

    22 İyun 2025 11:23

    Tarixin doğmalaşdırılması və "epoxe" prinsipi haqqında

    28 May 2025 14:41

    Əxlaqın süqutu: Ateizmin gətirdiyi mənəvi boşluq

    9 May 2025 10:59

    Namazın Dili ilə Bağlı Müzakirələr: Ərəb Dili Niyə Əsasdır?

    1 May 2025 10:01

    Milli maraqlar əsasdırsa, rus dilinə dogma ana dili kimi üz tütmaq, narahatlıq yaratmalıdır – Elvüsal Məmmədov

    24 Fevral 2025 15:34

    Türk dilindən gələn “təhlükə” və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr

    24 Fevral 2025 14:44

    Azərbaycanlı alimin yeni kitabı nəşr olunub

    29 Dekabr 2024 14:50

    Geyim əxlaqın birbaşa göstəricisi deyil

    11 Oktyabr 2024 21:27

    İslamda iqtisadi münasibətlər sistemi

    25 Avqust 2024 16:55

    Ərəbcə-azərbaycanca quranşünaslıq terminləri lüğəti işıq üzü görüb

    24 İyun 2024 18:06

    İsraili cəsarətləndirən ərəblərin ürəksizliyidir

    28 May 2024 19:51

    Qadın və kişi: fərqlilik, üstünlük, yoxsa naqislik?

    27 May 2024 17:27
    Demo
    XƏBƏR LENTİ

    Qarabağ – Çelsi oyunu öncəsi rəqəmlər, tarix və əsas göstəricilər

    Brüssel Hava Limanı dron təhlükəsi səbəbindən bağlanıb

    Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

    Türkiyənin tekstil ixracı 7 milyard dolları keçib (ÖZƏL)

    Türkiyədə 41 şəhərdə silah qaçaqmalçılarına qarşı əməliyyat keçirilib

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    Ağlın Yolu

    Zəfər xronikası. 5 noyabr 2020-ci il: Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

    Zahran Mamdani kimdir?

    Amerikalı müsəlman Zahran Məmdani Nyu-Yorkun meri seçildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.