Əsas səhifə » Ukraynada daimi atəşkəs əldə olunması üçün çalışırıq - Fidan

Ukraynada daimi atəşkəs əldə olunması üçün çalışırıq - Fidan

Bakı, AzerVoice

“Ümid edirik ki, Ukraynada daimi atəşkəs əldə olunacaq“.

AzerVoice xəbər verir ki , Türkiyənin xarici işlər naziri Hakan Fidan Albaniyanın xarici işlər naziri İgli Həsəni ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında gündəmdə olan əsas beynəlxalq məsələlərə toxunub.

Nazir Rusiya-Ukrayna müharibəsinə dair verdiyi açıqlamada, münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.

“Ümid edirik ki, Ukraynada daimi atəşkəs əldə olunacaq. Biz bunu təkcə arzulamırıq, həm də buna çalışırıq” – deyə o bildirib.

ABŞ-ın yeni administrasiyasının əvvəlki hökumətdən fərqli yanaşma sərgilədiyini bildirən Fidan, Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı məsələlərin hələ də müzakirə edildiyini qeyd edib.

Fidan həmçinin, Türkiyənin Qəzzadakı müharibə ilə bağlı beynəlxalq səviyyədə atdığı addımlardan danışaraq İsrailin törətdiyi cinayətləri izləyən bir sənədin hazırlandığını və Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edildiyini açıqlayıb.

Fidan, NATO və Avropa təhlükəsizlik sistemində Türkiyənin əhəmiyyətinə də toxunub. O, bəzi Avropa liderlərinin “Avropasız NATO” mövzusunda apardığı müzakirələrə diqqət çəkərək, bu prosesdə Türkiyənin mühüm rol oynadığını qeyd edib:

"Biz görürük ki, Avropa liderləri NATO-nun Avropasız çıxmasına imkan verəcək təhlükəsizlik arxitekturası yaradırlar. Ancaq Türkiyə olmadan bu mümkün deyil", – deyə nazir vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice