Əsas səhifə » Orta Dəhliz qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyətə malikdir - Səfir

Orta Dəhliz qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyətə malikdir - Səfir

Bakı. AzerVoice:

Orta Dəhliz qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyətə malikdir.

Bu sözləri AzerVoice-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

"Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb. Qlobal idarəetmə sistemi dəyişdirilməlidir. Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyil", - deyə o əlavə edib.

Bağcı onu da vurğulayıb ki, Türkiyə başda Cənubi Qafqaz olmaqla Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir. 

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice