Əsas səhifə » Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2030-cu ilədək 1 milyard dollara çatdırılacaq

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2030-cu ilədək 1 milyard dollara çatdırılacaq

BAKI, AzerVoice

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılacaq.

AzerVoice xəbər verir ki, bu barədə sənəd bu gün Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mübadilə edilib.

Belə ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə ediblər.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice