Bakı, AzerVoice
O ki qaldı, daxili işlər orqanlarının birgə fəaliyyətinə, təbii ki, buna böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq.
AzerVoice xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbulu zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir: "Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır".