BAKI,AzerVoice
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2013019206
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 ABŞ dolları
İstiqrazların buraxılış həcmi
1,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi
9%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti
24 ay
Ticarətə buraxılma tarixi
29.01.2026
Anderrayter
“Unicapital İnvestisiya Şirkəti” ASC