Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Fələstin dövlətinin yaradılması üçün tərəfdaşlarla iş davam etdiriləcək - Səudiyyə Ərəbistanı

    26 Noyabr 2025 14:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Krallığın bütün tərəfdaşlarla birlikdə 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması istiqamətində səylərini davam etdirəcəyini bir daha bəyan edib. Hökumət həmçinin İsrail ordusunun Qəzzadan tam çıxmasının vacibliyini vurğulayıb.

    AzerVoice xəbər verir ki, rabitə və sərmayə mövzuları, eləcə də regiondakı vəziyyət Riyadda keçirilən iclasda vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-a səfərinin nəticələri fonunda müzakirə olunub. Vəliəhd şahzadə səfər çərçivəsində prezident Donald Tramp, Konqres rəhbərliyi və Senat üzvləri ilə görüşərək iki ölkə arasındakı tarixi tərəfdaşlığın gücləndirilməsini diqqətə çatdırıb.

    Nazirlər Kabineti Səudiyyə Ərəbistanı–ABŞ sammitinin nəticələrini və tərəflər arasında imzalanan strateji müdafiə sazişini yüksək qiymətləndirib. Krallığın ABŞ iqtisadiyyatına etimadı və Amerika bazarlarında imzalanan iri investisiya müqavilələrinin Səudiyyə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcəyi bildirilib.

    İclasda Qəzzada atəşkəsə nail olmaq və iki dövlət həllinin təmin edilməsi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda Səudiyyə Ərəbistanı Sudanda müharibənin dayandırılması və ölkənin sabitliyinin qorunması çağırışını yeniləyib.

    Kabinet həmçinin G20 liderlər sammitinin nəticələrini, ÜTT islahatlarına dəstəyini, eləcə də Krallıqda keçirilən iri iqtisadi və sənaye tədbirlərinin — o cümlədən “Cityscape 2025” sərgisinin və Ümumdünya Sənaye Sammitinin — ölkə iqtisadiyyatına müsbət təsirini qeyd edib.

    Nazirlər Kabineti müxtəlif ölkələrlə enerji, nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsi, iqtisadi əməkdaşlıq və intellektual mülkiyyət sahələrində bir sıra sazişləri də təsdiqləyib.

    #Qəzza #Fələstin #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #Səudiyyə xəbərləri #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri #ABŞ-Səudiyyə iqtisadi əməkdaşlığı #ABŞ Səudiyyə müdafiə əməkdaşlığı #G20 Liderlər Zirvəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanselo mövsümün sonunadək Barselonada çıxış edəcək

    14 Yanvar 2026 16:24

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    Qəzzanı idarə edəcək texnokratlar komitəsinin tərkibi barədə razılıq əldə olunub

    14 Yanvar 2026 12:35

    Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Donald Trampı İrana hücum etməməyə çağırıb

    14 Yanvar 2026 09:14

    Qəzzada atəşkəs dövründə 100-dən çox uşaq həlak olub

    13 Yanvar 2026 16:10

    Qəzzada 127 min çadır qış şəraitində sığınacaq üçün yararsız hala düşüb

    13 Yanvar 2026 15:16

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Xan Yunisdə HƏMAS-ın yüksək rütbəli polis rəisi həlak olub

    12 Yanvar 2026 16:29

    Atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 442 fələstinli həyatını itirib

    12 Yanvar 2026 12:26

    Keçən il Türkiyədən Səudiyyəyə kimyəvi maddə ixracı 283 milyon dolları keçib (ÖZƏL)

    11 Yanvar 2026 16:00

    İspaniya Superkuboku: “Barselona” və “Real Madrid” üz-üzə gələcəklər

    11 Yanvar 2026 12:45

    İtaliya millisinin sabiq hücumçusu Səudiyyə Ərəbistanında oynayacaq

    11 Yanvar 2026 11:30
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə–Azərbaycan münasibətlərində 34 il - Strateji müttəfiqliyin formalaşma yolu

    “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiq edilib

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    Həmd bin Cəssim İrana zərbə riskinə qarşı xəbərdarlıq edib

    Kanselo mövsümün sonunadək Barselonada çıxış edəcək

    XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırır

    Mədəniyyət naziri Adil Kərimli Bakı şəhərində vətəndaşları qəbul edib

    İbrahimoviçin oğlu Maksimilian Ayaksda çıxış edəcək

    BOKT "International" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

    “Şamaxinka”da yeni svetoforlar quraşdırılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.