Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriyada Ələvilər etiraz aksiyası keçirib

    25 Noyabr 2025 19:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice,Orxan Qədirzadə

    Suriyanın sahil bölgəsi olan Lətakiya şəhərində yüzlərlə sakin Ələvi icmasına qarşı son günlər baş verən zorakılıq halları ilə əlaqədar etiraz aksiyası keçirib. AzerVoice xəbər verir ki, bu barədə AFP-nin bölgə müxbirləri məlumat yayıb.

    Etirazçılar “Suriya xalqı birdir” və “Bütün dünyaya səslənirik: Ələvilər boyun əyməyəcək” şüarları səsləndiriblər. Şəhərdə təhlükəsizlik qüvvələri yerləşdirilsə də, aksiyaya müdaxilə olunmayıb.

    Etirazlar keçmiş prezident Bəşər Əsədin keçmişdə əsas dayağı olan, Ələvi əhalinin çoxluq təşkil etdiyi sahil bölgələrində keçirilib. Xatırladaq ki, keçmiş liderin ötən ilin dekabrında İslamçı koalisiyanın hücumu ilə devrilməsindən sonra Ələvi icması bir sıra zorakı hücumların hədəfinə çevrilib. Mart ayında baş verən məzhəb zəminli hücumlarda yüzlərlə sakin qətlə yetirilmişdi.

    Lətakiyadan əlavə, digər yaşayış məntəqələrində də aksiyaların keçirildiyi bildirilir. Bu, Əsəd rejiminin süqutundan sonra Ələvi bölgələrində təşkil olunan ən genişmiqyaslı etirazlar hesab edilir.

    Etirazlar Suriyada Ali İslam Ələvi Şurasının sosial şəbəkələrdə yayımladığı çağırışdan sonra başlayıb. Bu çağırış Homs şəhərində bazar günü bir sünni bədəvi cütlüyünün qətlə yetirilməsi və hadisə yerində məzhəb yönümlü yazıların tapılması fonunda edilib. Hadisədən sonra Ələvilərin yaşadığı məhəllələrdə mağaza və evlərə hücumlar olub, daha sonra isə bölgədə komendant saatı tətbiq edilib. Hakimiyyət qətli “məzhəb xarakterli deyil, kriminal hadisə” olaraq qiymətləndirib.

    Mart ayında Ələvilərin yaşadığı bölgələrdə baş verən məzhəb zorakılıqları nəticəsində rəsmi məlumata görə ən azı 1 426 nəfər həlak olmuşdu. Müstəqil müşahidəçilər isə ölənlərin sayının 1 700-dən çox olduğunu bildiriblər.

    #Suriyada Ələvilərə qarşı zorakılıqlardan sonra Lətakiyədə etirazlar #Lətakiyada yüzlərlə sakin məzhəb zorakılığına etiraz etdi #Suriyada gərginlik artır: Ələvi icması etiraz aksiyalarına başlayıb #Homsdakı qətllərdən sonra sahil bölgəsində etirazlar genişlənir #Suriyada məzhəb gərginliyi fonunda yeni etiraz dalğası #Suriyada Ələvi bölgələrində ən böyük etiraz dalğası #Lətakiyədə təhlükəsizlik qüvvələri fonunda kütləvi aksiya #Homsdakı qətllər Suriyada yeni gərginlik yaradıb #Латакия: протесты после нападений на алавитов #В Сирии усиливается межконфессиональная напряженность #Алавиты требуют безопасности и справедливости #Latakia Protests After Attacks on Alawite Community #Sectarian Tensions Rise in Syria Following Homs Killings #Hundreds Rally in Syria’s Coastal Region #Suriyada məzhəb gərginliyi #Ələvi icması etirazı #Lətakiya etiraz aksiyası #Homsda qətl hadisəsi #Suriyada sabitlik #məzhəb zorakılığı #Suriya sahil bölgəsi etirazlar #Suriya daxili gərginlik #Assad sonrası Suriya #Suriya vətəndaş etirazları #Suriyada Ələvi icmasına qarşı hücumların səbəbləri #Lətakiyədə etirazların genişlənməsinə təsir edən amillər #Homsdakı bədəvi cütlüyün qətli və məzhəb gərginliyi #Suriyada federal idarəetmə tələbləri #Əsədin devrilməsindən sonra məzhəb zorakılıqlarının artması #Suriya təhlükəsizlik qüvvələrinin Lətakiyədəki rolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada Ələvilər etiraz aksiyası keçirib

    25 Noyabr 2025 19:21

    İsrailin hücumları Livanda 127-dən çox mülki şəxsin ölümünə səbəb olub - BMT

    25 Noyabr 2025 18:01

    İsrail Qəzzada yardım paylama zonalarında iki ildə 3 minə yaxın fələstinlini qətlə yetirib

    25 Noyabr 2025 16:34

    Netanyahuya “gizli zərf” verildi – korrupsiya məhkəməsini 20 dəqiqə tərk etdi

    25 Noyabr 2025 16:19

    Atəşkəsə baxmayaraq İsrail ordusu Qəzza və Xan Yunisə hücum edib

    25 Noyabr 2025 11:12

    Atəşkəsdən bəri İsrail hər gün 2 fələstinli uşağı öldürür - Fələstin

    25 Noyabr 2025 09:27

    Suriyanın Homs şəhərində təxribatlara qarşı təhlükəsizlik rejimi tətbiq olunub

    24 Noyabr 2025 20:53

    İsrail ordusu 7 oktyabr hücumuna görə bir neçə generalı vəzifədən uzaqlaşdırıb

    24 Noyabr 2025 19:26

    Misirdə parlament seçkilərinin ikinci mərhələsi başlayıb

    24 Noyabr 2025 19:09

    Yeni Roma Papası ilk xarici səfərini Türkiyə və Livana edəcək

    24 Noyabr 2025 18:47

    Qəzzada İsrailin hücumları nəticəsində 4 fələstinli həlak olub

    24 Noyabr 2025 13:58

    Çin Dəməşqdəki səfirliyini 2026-cı ilin əvvəlində yenidən açacaq

    24 Noyabr 2025 13:21
    Demo
    XƏBƏR LENTİ

    Astanada İncəsənət Muzeyinin təntənəli açılışı və ustad sənətkarların hazırladığı musiqi alətlərinin rəsmi təqdimatı keçirilib

    Suriyada Ələvilər etiraz aksiyası keçirib

    İsrail Şeyx Cərrah məhəlləsinə İsrailli ailələri yerləşdirməyə çalışır

    İsrailin hücumları Livanda 127-dən çox mülki şəxsin ölümünə səbəb olub - BMT

    Türkiyədə məhkəmə binasında partlayış və yanğın baş verib

    Türkiyədən Qazaxıstana hazır geyim ixracı 398 milyon dolları keçib (ÖZƏL)

    İsrail Qəzzada yardım paylama zonalarında iki ildə 3 minə yaxın fələstinlini qətlə yetirib

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Ələt Azad İqtisadi Zonasının ərazisi 1453 hektar artırılır

    Azərbaycanda “Ərzaq Təminatı Xəritəsi” sistemi yaradılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.