Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzada 1 milyondan artıq qadın və qız uşağı yardıma ehtiyac duyur - BMT

    17 Oktyabr 2025 17:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar üzrə Agentliyinin (UN Women) Cenevrə Ofisinin direktoru Sofiya Kaltorp Qəzzadakı humanitar vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib. O, bölgədə bir milyondan çox qadın və qız uşağının ərzaq yardımına, 250 mininin isə təcili qida dəstəyinə ehtiyacı olduğunu bildirib.

    AzerVoice xəbər verir ki, Cenevrədə BMT-nin həftəlik mətbuat konfransında çıxış edən Kaltorp, son iki ildə Qəzzada hər saatda orta hesabla iki qadın və ya qız uşağının həyatını itirdiyini xatırladaraq, bunun münaqişənin miqyasını aydın şəkildə göstərdiyini qeyd edib.

    “Qəzzadakı qadınlar və qız uşaqları üçün ehtiyaclar heç vaxt bu qədər böyük olmamışdı. Hazırda 1 milyondan artıq qadın və qız uşaq yardım gözləyir,” – deyə Kaltorp bildirib.

    Ateşkəs fürsət kimi dəyərləndirilməlidir

    BMT rəsmisi, Qəzzada başlayan atəşkəs mərhələsinin həm yardımların sürətli çatdırılması, həm də qıtlığın qarşısının alınması üçün mühüm fürsət olduğunu vurğulayıb. Onun sözlərinə görə, bölgədəki qadınların əksəriyyəti İsrailin hücumları nəticəsində ən azı dörd dəfə məcburi köçkün halına düşüb.

    “Bu atəşkəs qadınların təhlükəsiz bir yer tapmaları və həyatlarını yenidən qurmaq üçün ilk real imkandır. Hazırda Qəzzada çox sayda qadın hələ də sığınacaqdan məhrumdur. Hər 7 ailədən biri artıq qadın tərəfindən idarə olunur,” – deyə o əlavə edib.

    Sofiya Kaltorp, qadınların uşaqlarını doyurmaq, tibbi xidmətlərə çıxış əldə etmək və itirilmiş dolanışıq imkanlarını bərpa etmək üçün birbaşa humanitar yardım almasının həyati əhəmiyyət daşıdığını bildirib.

    Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Trump 9 oktyabrda verdiyi açıqlamada, Misirdə davam edən danışıqlar çərçivəsində İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının ilkin mərhələsini təsdiqlədiyini bəyan etmişdi. Bu razılaşma 10 oktyabr tarixində İsrail hökumətinin təsdiqi ilə qüvvəyə minib.

    İsrailin son iki il ərzində Qəzzaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 67 min 967 fələstinli həyatını itirib, 170 min 179 nəfər yaralanıb.

    #Qəzza #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir

    13 Dekabr 2025 17:50

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

    13 Dekabr 2025 13:18

    ABŞ, İsrailin Qəzzayə hücumlarında həyatını itirən jurnalistlər üçün araşdırma tələb edir

    13 Dekabr 2025 11:04

    İraqın sabiq prezidenti Bərhəm Salih BMT-nin Qaçqınlar üzrə Ali Komissarı seçilib

    12 Dekabr 2025 16:45

    BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

    11 Dekabr 2025 18:00

    Qəzzada son 24 saatda daha 4 nəfər həlak olub

    11 Dekabr 2025 16:07

    Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edəcək

    11 Dekabr 2025 12:13

    Atəşkəsə baxmayaraq Qəzza Zolağında qarşıdurmalar davam edir

    11 Dekabr 2025 11:02

    Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

    11 Dekabr 2025 09:39

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    10 Dekabr 2025 15:30

    Ərdoğan Türkmənistana səfər edəcək

    10 Dekabr 2025 15:16
    Demo
    XƏBƏR LENTİ

    Antonio Quterreş İraqa səfər edib

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.