Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Son sutkada Qəzzada 8 nəfər aclıqdan həyatını itirib, ümumi say 300-ə yaxınlaşır

    24 Avqust 2025 09:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Qəzza zolağında aclıq və qida çatışmazlığı səbəbindən son 24 saat ərzində ikisi uşaq olmaqla 8 nəfər həyatını itirib.

    AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    “Qəzza son 24 saat ərzində aclıq səbəbindən ikisi uşaq olmaqla daha 8 nəfər həyatını itirib. Beləliklə, aclıqdan ölənlərin sayı 281-ə çatıb, onların 114-ü uşaqlardır” - deyə, məlumatda bildirilib.

    Nazirlik vurğulayıb ki, Qəzzada humanitar böhran mühasirə və ərzaq, tibbi ləvazimat çatışmazlığı fonunda daha da dərinləşir. Beynəlxalq ictimaiyyət və yardım təşkilatları bir daha təcili müdaxiləyə çağırılıb.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin əraziləri üzrə sözçüsü Rik Piperkorn iki gün əvvəl bildirib ki, Qəzzada yaranmış vəziyyət Yaxın Şərqdə ilk rəsmi aclıq halı kimi qeydə alınıb. Onun sözlərinə görə, yalnız iyul ayında 12 mindən çox uşaqda kəskin qida çatışmazlığı diaqnozu qoyulub. Bu, ilin əvvəlindən bəri göstəricilərin 6 dəfə artması ilə ən yüksək aylıq rəqəmdir. Hazırda hər dörd uşağın biri kəskin qida çatışmazlığından əziyyət çəkir və bu vəziyyət həm qısa, həm də uzunmüddətli fəsadlara səbəb ola bilər.

    Qeyd edək ki, BMT dəstəyi ilə fəaliyyət göstərən Qida Təhlükəsizliyinə Nəzarət Mexanizminin hesabatında da ilk dəfə olaraq Qəzzanın şimal bölgəsində aclıq vəziyyəti rəsmən elan olunub.

    #Qəzza #Qəzza zolağı #BMT #Fələstin Səhiyyə Nazirliyi #aclıq #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.