BAKI, AzerVoice
Fələstin Xarici İşlər Nazirliyi sentyabr ayında Kanadanın Fələstin Dövlətini tanıyacağına dair açıqlamasını alqışlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.
Açıqlamada Kanadanın Baş naziri Mark Karninin sentyabr ayında Fələstin dövlətini tanıyacaqlarına dair açıqlamasına toxunulub.
Kanadanın Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə və beynəlxalq hüquqa uyğun olan "cəsarətli və tarixi" addımı alqışlanıb və bu addımın sülhə töhfə verəcəyi qeyd edilib.
Kanada ilə Fələstin Dövləti arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf edəcək şəkildə qurulacağına işarə edilən bəyanatda Fələstin Dövlətini hələ də tanımayan ölkələr Fələstin xalqına qarşı zülmə son qoymaq üçün bu istiqamətdə addımlar atmağa çağırılıb.
Qeyd edək ki, Kanadanın baş naziri Mark Karni İsrailin işğal altındakı Qəzzadakı tətbiqlərini pisləyib və sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini "bir dövlət kimi tanıyacaqlarını" açıqlayıb.