BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İrana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz azalaraq, 7 milyon 520 min 73 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında İrana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,1 faiz azalaraq, 549 min 2 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 4 milyard 116 milyon 432 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 361 milyon 707 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 4,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 4 milyard 456 milyon 5 min dollar məbləğində sement ixrac edib.