13
BAKI, AzerVoice
İranın mərkəzində yerləşən İsfahan vilayətində Müdafiə Nazirliyinə məxsus bir obyektə hücum edilib.
AzerVoice xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.
"Təxminən bir saat əvvəl İsfahanda Müdafiə Nazirliyinə bağlı bir mərkəzə hücum həyata keçirilib" - deyə, agentliyin vilayət qubernatorunun müavininə istinadən verdiyi məlumatda bildirilib.
Rəsmilər hazırda hücum nəticəsində dəymiş ziyanın miqyasını qiymətləndirməyə çalışırlar. Hadisənin arxasında kimin dayandığı barədə isə hələlik rəsmi məlumat verilməyib.