11
BAKI, AzerVoice
İran üzərində İsrail qırıcı təyyarəsinin vurulması və israilli pilotun əsir götürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Qeyd edək ki, daha əvvəl İran ordusu tərəfindən İsrailə məxsus iki F-16 qırıcı təyyarəsinin, bir neçə pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi və bir qadın pilotun əsir götürüldüyü bildirilmişdi.