BAKI, AzerVoice
İsrail Silahlı Qüvvələri, İranın mərkəzində yerləşən Qum şəhəri yaxınlığındakı Fordo nüvə mərkəzini bir daha hədəf almağa cəhd edib.
AzerVoice xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail tərəfindən Qum şəhərinə iki raket zərbəsi endirilsə də, Fordo nüvə obyektinə heç bir ziyan dəyməyib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri bugün səhər saatlarında İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.