Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzalı Uşaqlar Dünyaya Aclıq Fəryadını Çatdırıb

    30 Aprel 2025 10:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Qəzza Zolağında yaşayan uşaqlar, İsrail ordusunun dağıtdığı evlərin və binaların xarabalıqları arasında aclıqlarını dünyaya duyurmaq üçün nümayiş keçirib.

    AzerVoice xəbər verir ki, İsrailin soyqırımına qarşı müxtəlif tədbirlər təşkil edən “Dörd Dost” könüllü qrupunun Xən Yunusda keçirdiyi tədbirə aclıq çəkən və sağ qalmaq üçün mübarizə aparan çox sayda uşaq qatılıb.

    “Sərhəd keçidlərinin açılmasını istəyirik. Aclıqdan və bombalardan ölürük. Yardımların daxil olması üçün sərhəd keçidləri açılmalıdır”- deyə tədbirdə iştirak edən 11 yaşlı Rama Əbul-Ayneyn bildirib.

    “Dörd Dost” qrupunun nümayəndəsi Rəsmi Əbul-Ayneyn tədbirin onların 25-ci aksiyası olduğunu, lakin ən çətin şəraitdə keçirildiyini bildirib.

    Rəsmi, İsrailin yardımların daxil olmasını əngəllədiyini və marketlərdə heç bir şey qalmadığını qeyd edib.

    Qəzzadakı hökumətin Media Ofisindən 28 aprel tarixində verilən açıqlamaya görə, İsrailin 2 martdan bəri sərhəd keçidlərini bağlaması və tətbiq etdiyi blokada humanitar vəziyyəti fəlakətə sürükləyib. Qida, yardım, tibbi ləvazimat və ticarət məhsullarının girişinin əngəllənməsi səhiyyə şəraitini ağırlaşdırıb, xüsusilə körpələr arasında qida çatışmazlığını genişləndirib.

    Açıqlamada, Qəzza Zolağında bir milyondan çox uşağın hər gün aclıq çəkdiyi, 65 min uşağın isə şiddətli qida çatışmazlığı səbəbindən xəstəxanalara göndərildiyi bildirilib.

    Qeyd edək ki, 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş atəşkəsi pozan İsrail ordusu 18 mart səhəri Qəzzaya yenidən intensiv hücumlara başlayıb. Nəticədə əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət olmaqla min 890 nəfər həlak olub, 4 min 950 nəfər isə yaralanıb. Ümumilikdə, 7 oktyabr 2023-cü ildən bu yana İsrailin hücumlarında həyatını itirən fələstinlilərin sayı 51 min 266-ya, yaralıların sayı isə 116 min 991-ə çatıb.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrail və Qəzza
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    ABŞ, İsrailin Qəzzayə hücumlarında həyatını itirən jurnalistlər üçün araşdırma tələb edir

    13 Dekabr 2025 11:04

    Qəzzada son 24 saatda daha 4 nəfər həlak olub

    11 Dekabr 2025 16:07

    Atəşkəsə baxmayaraq Qəzza Zolağında qarşıdurmalar davam edir

    11 Dekabr 2025 11:02

    Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

    11 Dekabr 2025 09:39

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    10 Dekabr 2025 15:30

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    10 Dekabr 2025 13:02

    İsrailin Qəzza Zolağına hücumlarında bu il 30-a yaxın Fələstinli jurnalist həyatını itirib

    9 Dekabr 2025 11:57

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    6 Dekabr 2025 16:19

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    6 Dekabr 2025 14:49

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.