Əsas səhifə » İraq və Suriya liderləri Dohada görüşüb

İraq və Suriya liderləri Dohada görüşüb

BAKI, AzerVoice

İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani və Suriya Prezidenti Əhməd Şara Qətərin paytaxtı Dohada ilk dəfə görüş keçiriblər.

AzerVoice xəbər verir ki, Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Taninin vasitəçiliyi ilə baş tutan görüş zamanı iki ölkə arasında ortaq sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunub.

Tərəflər, bölgədəki ortaq təhdidlərə qarşı mübarizə məqsədilə sahə və kəşfiyyat koordinasiyasının artırılması barədə razılığa gəliblər.

Görüş, İraq və Suriya arasında əlaqələrin yenidən qurulması və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice