Bakı,AzerVoice
7 oktyabrda başlayan və bu günə qədər davam edən müharibədən sonra Qəzzada “Hərbi Hökumət” qurula bilər. AzerVoice xəbər verir ki, bu haqda Times of Israel qazeti yazıb.
Məlumata əsasən, yüksək səviyyəli təhlükəsizlik rəsmiləri HƏMAS-la müharibə başa çatdıqdan sonra Qəzza zolağında İsrail hərbi hökumətinin qurulmasının dəyərinin qiymətləndirilməsini tələb ediblər.
Qəzet adı çəkilməyən İsrail rəsmisinə istinadən məlumat verir ki, İsrail hərbi hökumətin qurulması xərcləri ilə yanaşı, Qəzzada infrastrukturun yenidən qurulması üçün hələ müəyyən edilməmiş bir xərc ödəməli olacaq.
Məlumata əsəsən müharibənin bitməsindən sonra Qəzzada İsrailin kiçik hərbi bazasının yaradılacağı və burada ən azı 400 əsgərin olacağı ehtimal edilir.