Bakı. AzerPress:
Türkiyədə 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Hakkari vilayətinin Yüksekova rayonunda baş verib. Yeraltı təkanların ocağı 2,52 km dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınmayıb.