Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə Qəzza məsələsini müzakirə edib.
AzerPress-in məlumatına görə, bu barədə Türkiyə XİN paylaşım edib.
Görüş zamanı İsrail-Fələstin müharibəsi, ikitərəfli münasibətlər, İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib.