Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Papa XIV Leo Livanda dini liderlərlə və gənclərlə görüşüb

    2 Dekabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Papa XIV Leo Livana üçgünlük səfərinin ikinci günündə Annayadakı Müqəddəs Maron Monastırını ziyarət edərək Yaxın Şərq və Livan üçün “sülh və ümid” mesajı verib. AzerVoice xəbər verir ki, tarixi ziyarət çərçivəsində o, Maroni icmasının müqəddəs himayədarı sayılan Müqəddəs Şarbelin ziyarətgahına baş çəkən ilk papa olub.

    Soyuq hava və güclü yağışa baxmayaraq, səhər tezdən minlərlə insan Byblosdan Annayaya qədər uzanan marşrut boyunca toplaşaraq papanı salamlayıb. Təhlükəsizlik tədbirləri Livan ordusu tərəfindən gücləndirilmiş şəkildə təmin edilib. Prezident Cozef Aun və həyat yoldaşı tərəfindən rəsmi şəkildə qarşılanan Papa, “popemobile” avtomobilindən izdihamı salamlayıb.

    Müqəddəs Şarbelin məzarının yerləşdiyi monastırda Papa diz çökərək dua edib və Livan xalqı adından Romadan gətirdiyi şamı ziyarətgaha təqdim edib. Nitqində o, Şarbelin “sükut və təvazö” nümunəsi olduğunu, onun həyat tərzinin isə dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla insana hələ də təsir etdiyini bildirib. Papa kilsələr arasında “birlik və ünsiyyətin” zəruriliyini vurğulayaraq deyib ki, “Sülh ürəyin tövbəsindən başlanır.”.

    Səfərin növbəti dayanacağı Harissadakı Müqəddəs Məryəm Ziyarətgahı olub. Burada Papa katolik icmasının rəhbərləri, yepiskoplar, rahiblər və müxtəlif dini xidmətlə məşğul olan şəxslərlə görüşüb. İbadətgahın qarşısında 2700-dən çox insan toplaşaraq müharibə, zorakılıq, miqrasiya və ailə itkisi kimi ağır həyat hekayələrini bölüşüb. Papa bu hekayələrə cavab olaraq “nifrətə qarşı məhəbbətin, intiqama qarşı bağışlanmanın, qürura qarşı təvazökarlığın” üstün tutulmasının vacibliyini qeyd edib.

    Papa Leo həmçinin Harissadakı Apostol Nunciatüründə katolik patriarxlarla qapalı görüş keçirib. Bakırtın mərkəzindəki Şəhidlər Meydanında müxtəlif din və məzhəblərdən olan 300-dən çox dini lider və ictimai xadimlə görüş zamanı dinlərarası dialoq mövzusunda sənəd nümayiş etdirilib, sülh mesajları səsləndirilib və birlik rəmzi olaraq zeytun ağacı əkilib. Papa Livanı “dinlərarası harmoniyanın parlaq nümunəsi” adlandıraraq deyib ki, “Ətraf münaqişələr fonunda bizi birləşdirən ortaq insanlıq və mərhəmət Allaha inamdır.”.

    Axşam saatlarında Papa Bkerkidəki Maroni Patriarxlığında Livan və digər ölkələrdən gəlmiş 12800-dən çox gənclə görüş keçirib. Gənclərin iştirak səviyyəsi protokolu dəyişməyə məcbur edib və Papa açıq avtomobillə izdiham arasından keçərək onların alqışları ilə qarşılanıb. O, ingilis dilində müraciət edərək “Gələcək sizin əlinizdədir. Sevgi hər yarayı sağalda bilər və sülh gətirənlər xoşbəxtdir.”-deyib.

    #Papa XIV Leo Annayada Müqəddəs Şarbel ziyarətgahını ilk dəfə ziyarət etdi #Livanda minlərlə insan Papaya sülh çağırışında qoşuldu #Papa Livanda dini liderlər və gənclərlə görüşlər keçirib #Papa Leo: Sülh ürəyin tövbəsindən başlanır #Livanda 12 #800 gəncin qatıldığı tarixi Papala görüş #Harissada keçirilən mərasimdə dinlərarası dialoqa çağırış #Papa Müqəddəs Şarbel monastırında dua edib #Papa Leo Livanı dinlərarası harmoniyanın nümunəsi adlandırdı #Papa Livanda müharibə qurbanlarının hekayələrinə reaksiya verdi #Bkerkidə gənclərə müraciət: Gələcək sizin əlinizdədir #Papa XIV Leo Livanda Müqəddəs Şarbel ziyarətgahına tarixi səfər etdi #Annayada minlərlə insan Papaya sevgisini göstərdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    7 Dekabr 2025 02:00

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    6 Dekabr 2025 20:50

    Suriya Prezidenti Şəraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

    6 Dekabr 2025 20:35

    Sudanda uşaq bağçasına edilən hücumda 33 uşaq öldürülüb

    6 Dekabr 2025 19:40

    Türkiyədən Azərbaycana mebel ixracı 126 milyon dolları keçib (ÖZƏL)

    6 Dekabr 2025 17:57

    Hakan Fidan Dohada Qətər rəsmiləri ilə görüşüb

    6 Dekabr 2025 17:37

    Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

    6 Dekabr 2025 15:59

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

    6 Dekabr 2025 15:30

    Cənubi Qafqazda yeni reallıqlar və status-kvo qururuq - Hikmət Hacıyev

    6 Dekabr 2025 14:58

    Türkiyədən Azərbaycana hazır geyim ixracı 49 milyon dolları keçib (ÖZƏL)

    6 Dekabr 2025 13:46

    Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb

    6 Dekabr 2025 12:46

    Türk İnvestisiya Fondu gələn il fəaliyyətə başlayacaq

    6 Dekabr 2025 11:51
    Demo
    XƏBƏR LENTİ

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Misir və Rusiya Sudan, Suriya, Livan və Qəzza üzrə regional gərginlikləri müzakirə edib

    Türkiyənin Baş Qərargah rəisi Dəməşqə səfər edib

    Suriya Prezidenti Şəraa Doha Forumunda Qətər Əmiri ilə danışıqlar aparıb

    Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

    İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.