Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Türkiyə limanları ilə 26 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    1 Dekabr 2025 11:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Bu ilin yanvar- oktyabr ayında Türkiyə limanlarından 26 milyon 300 min 575 ton xam neft məhsulları daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 2 milyon 68 min 254 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 24 milyon 232 min 51 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

    “Bu ilin yanvar- oktyabr ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 23 milyon 346 min 105 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

    Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanları 34 milyon 749 min 652 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 650 min 473 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 99 min 179 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin oktyabr ayında Türkiyə limanlarından 5 milyon 858 min 774 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyə limanları 342 milyon 552 min 394 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 24 milyon 352 min 828 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 318 milyon 226 min 566 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyə limanlarından 59 milyon 925 min 350 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 578 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 972 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 606 olub.

    2025-ci ilin yanvar - oktyabr ayında Türkiyə limanları 53 min 209 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 18 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 34 min 460 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #tranzit-nəqliyyat #xam neft #Xam neft daşınması #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik #Xam neft hasilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Keçən il Qaziantep hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

    22 Yanvar 2026 09:34

    Keçən il Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

    18 Yanvar 2026 10:00

    Keçən il Muğla Milas Bodrum hava limanında sərnişindaşıma 4 milyon nəfəri keçib (ÖZƏL)

    13 Yanvar 2026 17:26

    Keçən il Adnan Menderes hava limanında sərnişindaşıma 12 milyon nəfəri keçib (ÖZƏL)

    11 Yanvar 2026 10:00

    Keçən il Antalya hava limanında sərnişindaşıma 39 milyon nəfəri keçib (ÖZƏL)

    10 Yanvar 2026 13:45

    Keçən il Ankara Esenboğa hava limanında sərnişindaşıma 13 milyon nəfəri keçib (ÖZƏL)

    9 Yanvar 2026 15:55

    Liviyaya məxsus təyyarənin qara qutusu və səs yazma cihazı zədələnib - Türkiyə

    7 Yanvar 2026 13:19

    İstanbul Havalimanı 2025-ci ildə 84,4 milyon sərnişin qəbul edib

    1 Yanvar 2026 16:44

    Türkiyə limanları ilə 12 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

    31 Dekabr 2025 14:00

    Yunanıstandan Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    31 Dekabr 2025 12:00

    Türkiyə limanları ilə 14 milyon tondan çox kimyəvi məhsul daşınıb (ÖZƏL)

    30 Dekabr 2025 13:35

    Türkiyə limanları ilə 33 milyon tondan çox inşaat məhsulları daşınıb (ÖZƏL)

    30 Dekabr 2025 09:08
    Demo
    XƏBƏR LENTİ

    İrana ediləcək hər hansı hücum bölgəni alova sürükləyəcək - Hizbullah

    PKK və SDQ haqqında gizli faktlar: Uşaq istismarı, edamlar və pedofiliya sənədləri

    Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq

    İtaliya vitse-baş naziri Zelenskini sülh sazişinə çağırıb

    Rusiya Suriyanın şimal-şərqindəki Qamışlı hava limanından qüvvələrini geri çəkir

    Səudiyyə Ərəbistanı–BƏƏ münasibətləri regionun sabitliyi üçün həyati əhəmiyyət daşıyır - Faysal bin Fərhan

    Mövcud yanaşma davam edərsə, Türkiyənin Aİ-yə üzvlüyü mümkün deyil - Hakan Fidan

    Qəzzada saxlanılan son israilli əsirin cəsədi tapılıb

    Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Moldova və Çinə təhvil verdi

    "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.