14
BAKI, AzerVoice
TPAO Diyarbəkirdə neft axtarışlarını daha iki il davam etdirəcək.
AzerVoice xəbər verir ki, Türkiyə Neft
Şirkətinin (TPAO) Diyarbəkir əyalətindəki quru yatağında həyata
keçirdiyi neft kəşfiyyat işlərinin müddəti iki il uzadılıb.
Bu barədə qərar Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən və
Neft İşləri Baş İdarəsi tərəfindən Rəsmi Qəzetdə yayımlanıb.
Qərara əsasən, 25.370 hektarlıq ərazidə aparılacaq kəşfiyyat işləri bölgənin karbohidrogen ehtiyatlarını araşdırmaq və bu potensialı artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, TPAO son illərdə həm dəniz, həm də quru sahələrində aparılan kəşfiyyat işləri ilə Türkiyənin enerji müstəqilliyi strategiyasında mühüm rol oynayır.