Əbu-Dabi. AzerVoice
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş başa çatıb.
XXX
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş yenidən təkbətək formatda davam edir.
XXX
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş dörd saatdan çoxdur ki, davam edir.
AzerVoice xəbər verir ki, görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayıb, daha sonra Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında təkbətək formatda davam edib.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra danışıqlar davam etdirilib.
XXX
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra davam edir.
XXX
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü olub.
AzerVoice xəbər verir ki, sonra görüş nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda davam edib.
XXX
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə təkbətək formatda görüşü davam edir.
XXX
Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Xəbər yenilənəcək



