BAKI, AzerVoice
PKK terror təşkilatının həbsdı olan lideri Abdullah Öcalan
təşkilat üzvlərini silahı buxarmağa çağırıb.
AzerVoice xəbər verir ki, PKK terror
təşkilatının həbsdə olan lideri Abdullah Öcalan yenidən könüllü
tərksilah və barış prosesinin başlanması ilə bağlı çağırış edib.
Silahların bu həfət ərzində hissəli çəkiləd təhvil verilməsi
prosesi başlayacaq.
İmralı adasından yayımlanan 7 dəqiqəlik video mesajda terrorçu Öcalan PKK-nın silahlı mübarizədən çəkiləcəyini və təşkilatın "milli dövlətçilik" strategiyasından imtina etdiyini bəyan edib.
Öcalan açıqlamasında silahsızlanmanın artıq “tarixi mərhələyə” qədəm qoyduğunu bildirib və bu prosesi “milli azadlıq savaşı strategiyasının sonu” kimi qiymətləndirib. O qeyd edib ki, “PKK-nın 12-ci ləğvetmə qurultayının nəticələri, hərəkatın milli dövlət hədəfini və silahlı mübarizə strategiyasını arxada qoyduğunu göstərir”.
O bildirib ki, bu mərhələdə əsas məsələ Türkiyə Böyük Millət Məclisinin çətiri altında, komissiya nəzdində “könüllü tərksilah” mexanizminin formalaşdırılması və həyata keçirilməsidir.
Qeyd edək ki, İyulun 11-i cümə günü bir qrup PKK-çının simvolik olaraq silahlarını yerə qoyacağı gözlənilir. Təhlükəsizlik baxımından Ankara PKK-nın silahı yerə qoyacağı ilk yerlə bağlı dəqiq açıqlama verməyib. Bununla belə, bəzi mənbələr silahların Şimali İraqın Süleymaniyyə şəhəri yaxınlığındakı əraziyə yerləşdiriləcəyini iddia edir. Silahsızlaşdırma prosesinin bir neçə ay ərzində tamamlanacağı gözlənilir.