Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da
Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
AzerVoice xəbər verir ki, Əbu-Dabinin Zayed
Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri
Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər
qarşıladılar.