18
BAKI, AzerVoice
Türkiyə xarici işlər naziri Hakan Fidan, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Qəzzadakı vəziyyət və atəşkəsin təmin edilməsinə dair səylər müzakirə olunub.
Bundan əlavə, Fələstinlə bağlı gələcəkdə keçiriləcək iclaslar və 21-22 iyun tarixlərində İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 51-ci Xarici İşlər Nazirləri Şurasının iclasının hazırlıqları müzakirə edilib.