113
Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:55-də yayılıb)
BAKI, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.
AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.
Məlumata görə, görüşdə mayın 16-da İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarından sonra baş verən hadisələr və müharibənin dayandırılmasına dair son təşəbbüslər nəzərdən keçirilib. Bundan əlavə, Türkiyə ilə Rusiya arasında iqtisadi və enerji sahəsindəki ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.
Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.